Gənc tarixçi - araşdırmaçı: Tural Feyzullayev

Osmanlının ələ keçirdiyi bəzi ada və yarımadalar 

Feyzullayev Tural Şirvan şəhər T. Bağırov adına 11№-li tam orta məktəbin 10 B sinif şagirdi və sinif nümayəndəsidir. Tarix fənninə çox böyük həvəsi vardır. Gələcəkdə tarixçi-araşdırmaçı olmaq istəyir. Hazırladığı kiçik araşdırmanı təqdim edirik və Turala uğurlar arzulayırıq.

Osmanlı imperiyası və ya Beynəlxalq adı ilə Türkiye 1299-cu ildə (1302) oğuz türklərindən olan Osman bəyin qurduğu Osmanlı sülaləsinin hakimiyyəti altında Orta əsrlərdən Müasir dövrə qədər mövcud olmuş imperiya olmuşdur. Osmanlı dövləti tarixdə Bizans imperiyasının varlığına son qoyaraq onun paytaxtı Konstantinopolu tutmuş və öz paytaxtına çevirərək İstanbul adlandırmışdır. XVII əsrdə özünün ən qüdrətli dövrünü yaşayan dövlət üç qitəyə yayılmışdır. Dövlət ən geniş sərhədlərinə 1683-cü ildə -II Vyana mühasirəsinədək davam etmişdir. Bu zaman Osmanlı imperiyasının ərazisi cənub-şərqi Avropaya, Yaxın şərqə və Afrikanın şimalına qədər yayılmışdır. Türk tarixçisi İlbər Ortaylı Osmanlını “Müsəlman Roma” adlandırır. O qeyd edir ki, Yaxın Şərqdə və Aralıq dənizi bölgəsində Osmanlı Roma imperiyasına bənzər yeganə dövlət idi.

-Krım: 1475- ci ildə Fateh Sultan Mehmet tərəfindən ələ keçrildi. 1774- cü ildə “Kiçik Qaynarca” sülhü ilə Krım müstəqil elan olundu. 1783 -cü ildə Rusiya Krımı ilhaq edir.

Rodos: 1522- ci ildə Qanuni Sultan Süleyman dövründə ələ keçirildi. 1912- ci ildə Tripoli müharibəsi zamanı italyanlar tərəfindən işğal edildi. 1947-ci il Paris Sülh Müqaviləsi ilə Yunanıstana verildi.

Kipr: 1571- ci ildə II Səlim dövründə ələ keçirildi. 1878- ci ildə İngiltərəyə icarəyə verilir. 1914-cü ildə İngiltərə tərəfindən istila edildi.

Krit: 1669- cu ildə Körpülü Fazil Əhməd Paşa tərəfindən ələ keçirilib. 1913- cü ildə London müqaviləsi (I Balkan Müharibəsi) ilə Yunanıstana verildi.

Egey dənizində Limni, Taşoz, Midilli, İmroz və Evbeya adaları Osmanlıların əlinə keçdi. Fatih Sultan Mehmed sonra 1461-ci ildə Trabzon imperiyasına son qoydu…

 

FEYZULLAYEV TURAL TARYEL OĞLU

Şirvan şəhər T. Bağırov adına 11№-li tam orta məktəbin 10 B sinif nümayənəsi


Отправить комментарий

2 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.