Mart ayında 17 gün iş olmayacaq


 2025-ci ilin istehsalat təqviminə görə, mart ayında beşgünlük iş həftəsi ilə çalışanlar üçün şənbə və bazar günləri daxil olmaqla 17 gün qeyri-iş günü olacaq.

SinxronFənlər “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, martın 8-i Beynəlxalq Qadınlar Günü qeyri-iş günüdür. Lakin şənbə gününə təsadüf etdiyindən beşgünlük iş həftəsində martın 10-u da iş olmayacaq.

2024-cü ilin 20, 21, 22, 23, 24 martı Novruz bayramıdır. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq, 2024-cü ildə beşgünlük iş həftəsində 23-24 mart şənbə-bazara təsadüf etdiyindən iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 25 və 26 mart tarixləri də qeyri-iş günləridir.

Beləliklə, mart ayında beşgünlük iş həftəsi ilə çalışanlar üçün şənbə və bazar günləri də daxil olmaqla ümumilikdə 17 gün iş olmayacaq.

Lakin altıgünlük iş həftəsində 10 və 26 mart tarixləri qeyri-iş günü deyil. Bu səbəbdən altıgünlük iş həftəsi ilə çalışanlar üçün mart ayında 12 gün qeyri-iş günü olacaq.

Mənbə:https://muallim.edu.az/news/mart-ayinda-17-gun-is-olmayacaq-67ac38c6db359b28d62ba6f9

Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.