Vikinqlər təxminən 985-ci ildən 1450-ci ilə qədər
Qrenlandiyanı zəbt etmiş, əkinçiliklə məşğul olmuş, qəsəbələr salmış, sonra
birdən hər şeyi tərk edərək müəmmalı şəkildə yoxa çıxmışlar. Onların niyə yoxa
çıxması uzun müddətdir sirr olaraq qalır, lakin Harvard Universitetinin Yer və
Planet Elmləri Departamentinin apardığı iş cavabı tapmış ola bilər. Harvard
Universitetinin doktorantı Marisa C. Borrenqqin deyir: “Vikinqlərin
Qrenlandiyadakı məskənlərindən çıxması üçün nə baş verdiyinə dair bir çox nəzəriyyələr
vardır. Bu yaxınlarda vikinqlərin sadəcə olaraq sərt mühitə uyğunlaşa bilmədikləri
fikrindən tutmuş, sosial iğtişaşlar, iqtisadi qarışıqlıqlar, siyasi məsələlər və
əhəmiyyətli ekoloji problemlərdən tutmuş çoxlu problemlərlə üzləşmələri ilə
bağlı arqumentlərdən söhbət gedir” deyə - Marisa C. Borrenqqin bildirir. “Dəyişən mənzərə vikinqlərin
həyat tərzinə meydan oxuyan əlavə bir amil ola bilərdi”. Bu, çox güman ki, “yaşayış
məntəqələrini tərk etməzdən əvvəl dönüş nöqtəsinə” gətirib çıxartmışdır. Vikinq
köçkünlərinin gedişi Şimali Atlantikaya xüsusi təsir göstərən Kiçik Buz Dövrü
kimi tanınan dövrün başlanğıcına təsadüf edir. Soyuq və dondurucu temperaturun
dəniz səviyyəsinin aşağı düşməsinə səbəb olacağı görünsə də, Qrenlandiyada bir
sıra amillər əks təsirə səbəb olmuşdur. Çünki Şimali Atlantikanın suları “yeni
buz həcmlərinin əmələ gəlməsinə kömək etmiş və intuisiya dəniz səviyyəsinin
aşağı düşəcəyini göstərmişdir” deyə Borreggin qeyd edir. Bununla belə, əvvəllər
dərc olunmuş geomorfoloji və paleoklimatik məlumatlara, eləcə də tədqiqatçıların
buz artımının modelləşdirilməsinə daha yaxından baxmaq, Qrenlandiyada bunun əksinin
baş verdiyini deməyə əsas verir. “Qrupumuzda öyrəndiyimiz şey buzlaqların
izostatik yenidən qurulmasıdır, bu proses qravitasiya sahəsində, fırlanma
oxunda və buz böyüdükcə və ya əridikcə Yer qabığının deformasiyasında dəyişikliklərlə
nəticələnir” deyir Borrenqqin. “Biz dəniz səviyyəsinin qeyri-bərabər dəyişməsinin
təhlilini və daha dəqiq dəniz səviyyəsinin fizikasını uzun müddətdir davam edən
“Vikinqlər şərq qəsəbələrini niyə tərk etdilər?” sualına tətbiq edə bildik. Tədqiqatçıların
tapdıqları heyrətamiz idi: dəniz səviyyəsinin ümumi artımı ilə yanaşı,
Qrenlandiyanın quru hissəsi azalmışdır. Bu amillər vikinq koloniyalarının
daşqınlara daha çox meylli etmişdir. 1000-ci ildən 1450-ci ilə qədər vikinqlər
dövrünə diqqət yetirən elm adamları “Vikinqlər şərq qəsəbələrinə gəldikdən
sonra da dəniz səviyyəsinin qalxması fonunda bir tendensiya olduğunu aşkar
etmişlər. Bir neçə min il idi ki, dəniz səviyyəsi yüksəlirdi”. Ancaq yerli təsir
də aşkar edilmişdir: “Yer qabığının çökməsi və ya yerin batması, suyun böyüyən
buz təbəqəsinə cazibə qüvvəsi ilə cəlb edilməsi də baş vermişdir. Yalnız quru
deyil, dəniz səviyyəsi də yüksəlmişdir. Bu ikiqat bir bədbəxtçilikdir” - deyə Borrenqqin
bildirir. Alimlər müəyyən ediblər ki, Qrenlandiyanın vikinqlər yaşadığı dövrdə
dəniz səviyyəsi 3,3 metr qalxmışdır. Bu, XX əsrdə dəniz səviyyəsinin qalxma sürətindən
iki-altı dəfə çoxdur. Beləliklə, olduqca gərgin vəziyyət yaranmışdı. Dəniz səviyyəsinin
qalxmasının təsirini vikinqlərin dəyişən yeməklərində də görmək olar: onlar öz
kənd təsərrüfatı məhsullarından dəniz məhsullarına keçmiş, bəlkə də tarlaları su
altında qaldığı üçün duzlaşma baş vermişdir. Borrenqqin yazır ki, bu keçid
vikinqlərin “yüksələn dəniz səviyyəsinə uyğunlaşmağa çalışdıqlarını” göstərir. Cari
iqlim dəyişikliyinin azaldılması səylərini başa düşərkən dəniz səviyyəsinin
yüksəlməsinin uzunmüddətli təsirləri tanış səslənsə də, Borrenqqin əhəmiyyətli
bir fərqi də qeyd edir: “Vikinqlərin başqa seçimi yox idi. Onlar Kiçik Buz
Dövrünü dayandıra bilməzdilər".
Bizlər də iqlim dəyişikliyinin təsirlərini azaltmaq
üçün əlimizdən gələni edə bilərik.
Tədqiqat
“Proceedings of the National Academy of Sciences” jurnalında dərc edilib.
Mənbə:
bit.ly/3u0pky9
Rus
dilindən tərcümə:
Əsədov
Seyyub Əsəd oğlu-Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix
müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil”
Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası
qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli
Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar
üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi
metodikası” adlı metodik vəsait müəllifi).
Maraqlı məlumat üçün sağolun
ОтветитьУдалитьTəşəkkürlər
Удалить