Dəniz yosunları plantasiyaları günəş enerjisinin
planetimizə çatmasına mane olan fəlakətli hadisələr zamanı bəşəriyyət üçün
xilasedici ola bilər. Böyük Britaniyanın Kanterberi Universitetinin və digər
ölkələrin tədqiqat müəllifləri qeyd ediblər ki, oxşar böhran qlobal nüvə
müharibəsi nəticəsində baş verə bilər. Onların işi Earths Future (EF) elmi jurnalında dərc olunub. Dəniz yosunu qida maddələri ilə zəngindir və bir çox
aşağı gəlirli ölkələrdə sahilyanı icmaların dolanışıq vasitələrini təmin edir.
“Dəniz yosunları fermalarının tikintisinə investisiya qoymaq, günəş işığının kəskin
şəkildə azaldığı ssenarilərdə qlobal qıtlığın qarşısını ala bilər və potensial
olaraq qida çatışmazlığından əhəmiyyətli insan itkilərinin qarşısını ala bilər”,
- məqalənin müəlliflərindən biri David Denkenberger bildirib. Tədqiqatçılar
qırmızı dəniz yosunu “Gracilaria tikvahiae” əsasında model hazırlayıblar.
Mövcud nüvə qış iqlim məlumatlarından istifadə edərək, kataklizmdən sonra bu
bitkilərin inkişafını modelləşdiriblər. Müəlliflərin fikrincə, dövlətlər minlərlə
nüvə başlığı ilə bir-birlərinə zərbələr endirsələr, təxminən 150 milyon ton zərərli
tüstü atmosferə atılaraq, illərlə günəş işığının qarşısını ala bilər. Amma
havada qara karbon olsa belə, qalan işıq dəniz yosunlarının fotosintez etməsi
üçün kifayət edəcək. Optimal istehsal və hazırlıq sahəsini nəzərə alaraq, dəniz
yosunu cəmi doqquz aylıq intensiv istehsalda qlobal ərzaq tələbatının 45%-ni ödəyə
bilər. Bununla belə, tədqiqatçılar onu da qeyd ediblər ki, dəniz yosunu yeməklərinin
tərkibində yüksək yod olduğuna görə 15%-dən çox yemək olmaz. Bütün nüvə müharibəsi
ssenarisindən kənarda, elm adamları yosunları sülh dövründə, eləcə də məhdud
nüvə münaqişələri və ya vulkan püskürmələri zamanı qlobal ərzaq təhlükəsizliyinə
uyğun əlavə adlandırırlar.
Mənbə: bit.ly/3vS2ol1
Rus dilindən
tərcümə:
Əsədov Seyyub Əsəd oğlu-Şirvan şəhər T. Bağırov
adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin
(2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı
İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji
Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi,
Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi
(“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).
Xülasə:
https://multiurok.ru/files/aliml-r-nuv-muharib-sind-n-sag-qalanlari-d-niz-yos.html