2024–2025-ci
tədris ili üzrə ümumi təhsil müəssisələrinin I, V və IX sinifləri üçün təkmilləşdirilmiş
və ya yeni hazırlanmış dərslik, eləcə də
onunla komplekt təşkil edən metodik vəsaitlərə dair ictimai rəyin öyrənilməsinə
başlanılıb. Dərslik komplektlərinin layihələri www.trims.edu.az
saytının “İctimai müzakirədə olanlar” bölməsində
yerləşdirilir. Yaxın müddətdə bütün layihələr əlavə ediləcək. Saytın qeyd edilən
bölməsində yerləşdirilmiş dərslik komplektlərinin məzmunu ilə tanış olmaq, rəy,
irad və təklifləri xüsusi ayrılmış sahədə yazmaq, həmçinin derslik@edu.gov.az
elektron poçt ünvanına göndərmək mümkündür.
Elm və Təhsil Nazirliyi alimləri, təhsil işçilərini, valideynləri, aidiyyəti
dövlət qurumları və ictimai birlik nümayəndələrini, eləcə də bütün maraqlı tərəfləri
müzakirəyə çıxarılmış dərslik layihələri üzrə rəy, irad və təkliflərini bildirməyə
dəvət edir.