Sintaksis və dilin xariciləşdirilməsinin bəzi aspektləri
yad dillər üçün ümumi ola bilər, çünki onlar fizikanın dəyişməz qanunları ilə məhdudlaşdırılır.
Bu, ksenolinqvistika - yerdən kənar
dillər elminə baxış adlanır. Bioloqlar, antropoloqlar, dilçilər və digər dil
və ünsiyyət mütəxəssisləri Yerdən kənarda yaşayan canlıların dilinin necə ola
biləcəyini öyrənməyə başlayıblar.
Ola bilsin ki, belə fikirlər
“Ulduz Yolu” serialındakı yadplanetli növlərdən birinin danışdığı uydurma
Klinqon dilini yada salsın. Hətta 1992-ci ildə qurulan və inkişaf edən Klinqon
Dil İnstitutu da vardır. Ancaq elmi fantastikanı bir kənara qoya bilərsiniz,
çünki real dünyada elm adamları yad dillərin ola biləcəyi mümkün formaları və
bizim onları başa düşə biləcəyimizi araşdırırlar.
Yerdən
kənar intellekt
Astrobioloq
Duqlas Vakoç San-Fransiskoda “Messaging Extraterrestrial Intelligence” (“METI
International”) şirkətinin prezidentidir. O, Cefferi Punskla birgə yeni “Ksenolinqvistika:
Yerdənkənar Dil Elminə Doğru (“Routledge Taylor & Francis Group”) (2023)
kitabın redaktorudur. Kitab insan dili və heyvan ünsiyyət sistemləri haqqında bilgilərə
əsaslanır, bu mövzuda təkliflər verir. Vakoç, “Altmış ildən artıqdır ki, tədqiqatçılar
səmanı radio teleskoplarla skan edərək yerdənkənar intellekti (“SETI”)
axtarırdılar və sabah uğur qazana bilərlər” deyir. Başlıq, yadplanetli
intellekt ilə ünsiyyətin mümkünlüyü ilə bağlıdır, yəni real əlaqə yaratmaqla
bağlıdır”. “Biz naməlum sivilizasiyadan gələn mesajı anlamaq ehtiyacı ilə üzləşə
bilərik və dilçilər kodun açılmasının açarını verə bilərlər” Vakoç bildirir. Yeni
kitabımızdan irəli gələn tövsiyələr bizim “Salam Kainat” deməyimizə birbaşa təsir
edir. D. Vakoç “METI”
mesajları üçün əlamətdar və əsaslandırma kimi niyyətlərimizi bildirməyin
vacibliyini vurğulayır. “Başqa bir əsas sual, Yerdəki dillərdə gördüyümüz kimi
universal qrammatikanın kainatda daha geniş şəkildə fəaliyyət göstərib-etməyəcəyidir”
söyləyir. Qeyd edildiyi kimi, əsas məqamlardan biri ünsiyyətin mesajınızın məzmununu
çatdırmaqdan daha çoxunu ehtiva etməsidir. “Biz də öz niyyətinizi çatdırmaq istəyirik”
deyə Vakoç bildirir.
Söhbətə başlamaq
D. Vakoç qeyd edir ki, “METI”-yə qarşı ümumi
etirazlardan biri də koordinatlarımızı düşmən yadplanetlilərə verə biləcəyimiz
və yadplanetlilərin işğalına səbəb ola biləcəyimizdir. “Ulduzlararası səyahət
edə bilən hər hansı bir sivilizasiyanın keçən əsrdə kosmosa sızan təsadüfi
radio və televiziya siqnallarını götürmək texnologiyası var” deyə Vakoç
bildirir. “Buna görə də, hədəflənmiş mesajlarımızı alan yadplanetlilər, yəqin
ki, bizim varlığımızdan xəbər tutacaqlar. Ancaq onları təəccübləndirə bilən o
olar ki, biz onlarla söhbətə başlamağa çalışacağıq. “METI”-nin bütün məqsədi
budur - ilk əlaqə yaratmaq niyyətimizi onlara çatdırmaqdır”.
Universal prinsiplər
Vakoç bildirib ki, onu daha çox əlaqə yarada biləcəyimiz
yadplanetlilər maraqlandırır: “Bunlar radiosiqnalların ötürülməsi və qəbulu
texnologiyasını inkişaf etdirən yadplanetlilərdir”. Keçmişdə alimlər
ulduzlararası mesajlar göndərəndə indiyə qədər kosmosa göndərdiyimiz mesajlar
başlanğıc nöqtəsi olaraq riyaziyyatın və elmin bəlkə də universal prinsiplərinə
əsaslanırdı. Ancaq bəlkə də daha fundamental bir şey var. Riyaziyyat və elmdən
çox əvvəl bizim dilimiz var idi. Ola bilsin ki, eyni şey digər ulduzların ətrafında
fırlanan planetlərdə də baş verir”. Bununla belə, Vakoç iddia edir ki, bir tərəfdən
riyaziyyat və elm, digər tərəfdən dil arasında seçim etməli olduğumuz ideyası
çox sadədir.
Dilin mahiyyəti
Ksenolinqvistikaya dair yeni kitab dosent, Cənubi
İllinoys Universitetinin Karbondale dilçilik departamentinin direktoru Cefferi
Punsk tərəfindən birgə redaktə edilib. Dilin mahiyyəti, özəyi kimi müəyyən
etdiyimiz şey xarici amillərlə əsaslı şəkildə məhdudlaşdırıla bilər. Əgər bu
doğrudursa, o zaman demək olar ki, linqvistik yadplanetli intellektinin oxşar əsas
dilə sahib olacaq, bunu C. Punsk təklif edir. “İnsan dili üçün universal olan
bir çox cəhətlər var ki, onları yalnız xarici amillərlə əlaqələndirmək olmaz”
deyə Punsk bildirir. “Bu aspektlər çox güman ki, insan idrak strukturunun məhsuludur.
Təbii ki, qeyri-insani zəkanın bizim idrak sistemimizi paylaşacağına heç bir zəmanət
yoxdur. Beləliklə, dilin quruluşu eyni olsa da, mesajı şərh etmək mümkün olmaya
da bilər”.
Yeni perspektiv
Cənubi Kaliforniya Universitetindən (USC) Bricet
Samuels, elm adamlarının ksenolinqvistika haqqında ciddi düşünməyə başladığına
inanır. B. Samuels ümumbəşəri qrammatikanın kainatdakı yerinə toxunan iki sahədə
araşdırma aparır: 1) dil bizim növümüzdə necə yaranıb və 2) insan dilində
variasiya hüdudları hansılardır? Cənubi Kaliforniya Universitetinin
Kraniofasiyal Molekulyar Biologiya Mərkəzinin layihə rəhbəri B. Samuels- “Son
illərdə heyvanların ünsiyyətinin öyrənilməsi genişlənmiş və bu, bizə insan
dilinin unikal olub-olmaması ilə bağlı yeni anlayışlar veriir” deyir.
Fizikanın dəyişməz qanunları
Samuelsə görə, bu tədqiqat xətləri dil dizaynındakı
“üçüncü amil” - dili bizim genetik irsimizdən və təcrübəmizdən kənarda
formalaşdıran amillərlə birləşərək universal qrammatika haqqında tamamilə yeni
nəzəriyyələr üçün əsas yaratmışdır. Bu nəzəriyyə Samuelsə Punskla bölüşdüyü
proqnozu formalaşdırmağa kömək etdi: “Sintaksis və dilin xariciləşdirilməsinin
bəzi aspektləri yerdənkənar dillər üçün ümumi ola bilər, çünki onlar fizikanın
dəyişməz qanunları ilə məhdudlaşdırılır”. Vakoça görə, dil və heyvan ünsiyyəti
haqqında kosmik kontekstdə düşünmək bizi dilin hətta planetimizdə necə unikal
olduğunu yenidən düşünməyə vadar edir. “Yadplanetlilərlə
əlaqə yaradıb -yaratmamağımızdan asılı olmayaraq ksenolinqvistika göstərir ki,
insan dili həmişə ona verdiyimiz imtiyazlı mövqeyə layiq olmaya bilər” deyə
Duqlas Vakoç bildirir.
Mənbə: bit.ly/42bgkCO
Rus dilindən tərcümə:
Əsədov Seyyub Əsəd oğlu-Şirvan şəhər T. Bağırov
adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin
(2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı
İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji
Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi,
Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi
(“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).