Xəyali heyvanları, tanrıları və bürcləri təsvir edən
tarixi xəritələr çox da dəqiq olmasa da, lakin daha əyləncəli görünürdü. Xəritələrin
hazırlanmasına gəldikdə, insanlar həmişə qaydalara əməl etmirdilər. Qədim xəritələr
qeyri-dəqiqliklərlə dolu idi və bu xəritələrdə fantastik
heyvanlar, mifik ərazilər göstərilirdi. 1500-cü illərin əvvəllərində yaradılmış
kiçik mis qlobus Cənub-Şərqi Asiyanın sahillərini o vaxtdan bəri əlamətdar hala
gələn yazı ilə qeyd edir: “Əjdahalar buradadır”. Bu cür təyinatlar olduqca
nadir olsa da, bu inam tez-tez “terra incognita” - xəritədəki
boş yerlərə əjdahaları və dəniz canavarlarını çəkən Orta Əsr Avropa kartoqrafları
arasında geniş yayılmışdı. Min illərdir ki, dünyada insanlar həm ticarət
yollarını, yaşayış məntəqələrini, topoqrafiyanı, su mənbələrini, sahil xəttinin
formalarını və ya yazılı istiqamətləri göstərən tam funksional xəritələr, həm də
Yeri və onun kosmosdakı mövqeyini təsvir edən (bürclər,
tanrılar və mifik yerlər də daxil olmaqla) kosmoqrafiya adlanan xəritələr tərtib
etmişlər. Erkən Orta əsrlərdən
XVII əsrin ortalarına qədər Avrosiya və Şimali Afrikadakı kartoqraflar bu ənənələrin
hər ikisinin elementləri ilə dünyanın bir çox yeni xəritələrini yaratmışlar. Tez-tez
hökmdarlar və digər varlı insanlar tərəfindən sifariş edilən bu xəritələr
dünyanın coğrafiyasını göstərmək üçün nəzərdə tutulmuşdu, lakin naviqasiya üçün
faydalı deyildi. Bu xəritələrin tərtibçiləri tərəfindən dünya haqqında
natamam biliklər nəzərə alınmaqla, onlar həqiqətən fərziyyələr idi - bəziləri
sonradan açıq şəkildə təkzib edilmişdir. Orta Əsrlər Avropasında yeni “moda”
sözdə “mappae mundi” ilə başladı. Onların bir çoxu “Eden bağı”nı və ya əfsanəvi
əjdahaları təsvir edən kosmoqrafiyaya yaxınlaşırdı və hamısı eyni formata malik
idi. Bu xəritələrdə dünyanın quru hissəsi vahid kütlə kimi göstərilir, təxminən
T hərfi şəklində bölünmüş və okean halqası ilə əhatə olunurdu.
Müsəlman kartoqrafları fantastik elementləri deyil,
coğrafi detalları vurğulayaraq bu formatda dünya xəritələrini yaratmışlar. Ən
erkən və ən dəqiq belə xəritələrdən biri İbn Hövqəl (P.S. Əbülqasım ibn Hövqəl Nəsibi,
yaxud Əbu-l-Qasim ibn Havqəl ən-Nisibi (943 - 988) X əsr ərəb coğrafiyaşünas-səyyahı,
Bağdadda anadan olmuşdur və 30 il müxtəlif ölkələrə səyahət etmişdir. 951-ci
ildə əl-İstəxrinin “Kitab məsalik əl məmalik” (“Məmləkətlərin yolları”) əsərini
təzədən işləmiş və zənginləşdirmişdir. 977-ci ildə yazdığı “Kitab əl-məsalik və-l-məmalik”
(“Yollar və məmləkətlər haqqında kitab”) əsəri bəzən “Kitab surət əl-ard” (“Yerin
surəti kitabı”) adlanır. Kitab Ərəb xilafəti ilə yanaşı, həm də ətrafındakı ölkələrin
tarixinə və toponimikasına dair məlumatlarla zəngindir. O cümlədən burada Azərbaycanın
təbiəti, karvan yolları, Xəzər dənizi, onun adaları haqqında da məlumatlar vardır)
tərəfindən yaradılmışdır, onun səyahətləri kartoqrafiyasının əsasını təşkil
etmişdir.
1154-cü ildə Siciliya kralı İslam kartoqrafı
Əl-İdrisiyə “Uzaq ölkələrdə xoş səyahətlər bələdçisi” kimi tanınan “Tabula
Rogeriana”nı yaratmağı tapşırdı. Bu xəritə kitabına İdrisinin öz səyahətləri və
digər tacir və səyyahlarla söhbətləri əsasında dünya xəritəsi daxil edilmişdir.
O, dünyanı düz bir kürə kimi təsvir edir və Avropa, Asiya və Şimali Afrikanı hər
tərəfdən əhatə etdiyinə inanırdı. “Da Ming Xungyi Tu” xəritəsi 1389-cu ildə
Çində böyük bir otağı əhatə edəcək qədər ipək parçası üzərində yaradılmışdır. Xəritə
tərtibatçıları Afrikada heç vaxt olmasalar da, orada olmuş tacirlərin hekayələri
əsasında qitəni təsvir etməyə çalışmışlar. Təəccüblüdür ki, bu, onlara Saxara Afrikasının
düzgün görüntüsünü yaratmaq üçün kifayət qədər məlumat vermişdir. XV əsrdən
başlayaraq, Avropa kartoqrafları öz tədqiqatçıları dənizlər və qitələr arasında
səyahət etdikcə dünya xəritələrinin əhatə dairəsini səhv etmədən genişləndirməyə
başladılar. 1507-ci ildə alman kartoqrafı Martin Valdzemüller Amerikanın xəritəsini
yalnız şərq sahili olan nazik bir torpaq zolağı kimi çəkmişdi. İspan
kartoqrafları Baxa yarımadasına ekspedisiyanın hesabatlarına əsasən Şimali və Cənubi
Amerikanın qərb xəritəsini çəkməyə cəhd etdilər. Təəssüf ki, tədqiqatçıların bu
torpaq haqqında təəssüratları onları çaşdırdı. Bundan sonra 100 ildən çox müddət
ərzində İspan xəritələrində “Kaliforniya adası” qitənin qalan hissəsi ilə əlaqəsi
kəsilmiş kimi təsvir edilmişdir. Flamand kartoqrafı, özünün dünya xəritəsi ilə
tanınan Herarad Merkator, 1595-ci ildə heç vaxt görünməmiş Şimal Qütbünün xəritəsini
də yaratdı. Merkator, Şimal Qütbündə bütün kompasların niyə şimala yönəldiyini
izah edən burulğanla əhatə olunmuş nəhəng maqnit qayası olan “Rupes Nigra”nın
olduğu fikrini irəli sürdü. Avropalılar Yerin tam mənzərəsini yaratmağa
çalışsalar da, mifik canavarlarla dolu naməlum ərazilər ideyasından hələ tam
imtina etməmişdilər. Hələ 1657-ci ildə ingilis alimi Piter Heylin Avstraliyanı “Utopiya
və nağıllar ölkəsi” ilə birləşdirirdi.
Lakin Şimal Qütbü istisna olmaqla, bu “terra
incognita” adlanan yerlər heç olmasa orada yaşayan insanlara məlum deyildi. Yer
üzündə əjdahalar yox idi, amma insanlar və mədəniyyətlər var idi ki, onların
çoxu sonradan öz torpaqlarını dünya xəritələrinə salanlar tərəfindən məhv
edilmişdir.
Mənbə: bit.ly/3vXtwPI
Rus dilindən tərcümə:
Əsədov Seyyub Əsəd oğlu-Şirvan şəhər T. Bağırov
adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin
(2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı
İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji
Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi,
Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi
(“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).
İstinad:
https://multiurok.ru/files/jdahalardan-mifik-yerl-r-q-d-r-q-dim-x-rit-l-rd-ki.html
Mövzu ilə əlaqəli 2(iki) xəritə aşağıda
verilmişdir: