Məlum
olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi
üzrə buraxılış imtahanı 3 və 10 mart, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə
buraxılış imtahanı isə 17 mart, 7 və 21 aprel 2024-cü il tarixlərində keçiriləcək.
Buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki ilə aşağıdakı
cədvəldə tanış ola bilərsiniz.
Qeydlər:
- Məcburi köçkün rayonlarının məktəblərində təhsil
alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların
imtahan gününə uyğun tarixlərdə imtahan verirlər.
- Gəncə şəhərində yerləşən məktəblərin 11-ci və
9-cu sinif, Xəzər, Sumqayıt, Abşeron, Şəmkir, Lənkəran, Cəlilabad, Masallı,
Xaçmaz və Quba rayonlarında yerləşən məktəblərin isə 9-cu sinif şagirdlərinin
imtahanı hərəkət intensivliyinin azaldılması məqsədilə iki imtahan gününə
bölünüb. Cədvəldə bu hal müvafiq olaraq, 1-ci və 2-ci hissə kimi adlandırılıb.
Yaxın günlərdə hissələr üzrə məktəblərin siyahısı cədvələ əlavə olunacaq.
- İmtahana buraxılış vərəqələri hər imtahan
günündən 5 gün əvvəl DİM-in saytında yerləşdiriləcək.
Mənbə:
https://dim.gov.az/news/12662/
PDF:
https://dim.gov.az/upload/iblock/854/854284878b45f3dd277a0bd72afb3f2a.pdf
Foto:
bit.ly/48eGR3H