Adambaşına maliyyələşdirmə mexanizmi tətbiq edilən dövlət məktəblərinə ayrılan vəsait təhsillə bağlı xərclərin qarşılanmasına yönəldiləcək, bir sıra xərclər isə bu mexanizmdən kənarda saxlanılacaq.
Sinxron Fənlər “Azərbaycan müəllimi”nə istinadən məlumat verir ki,
bu, Nazirlər Kabinetinin 26 oktyabr 2026-cı il tarixli 357 nömrəli Qərarı ilə təsdiq
edilmiş “Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata
keçirilən dövlət ümumi təhsil müəssisələrinin dövlət büdcəsindən maliyyələşdirilməsi
və hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına ümumi təhsilin
ayrı-ayrı səviyyələri üzrə artım əmsalının tətbiq edilməsi Qaydaları”nda öz əksini
tapıb.
Sənədə
əsasən, adambaşına maliyyələşdirmə dövlət ümumi təhsil müəssisələrində təhsillə
bağlı xərclərin hər bir təhsilalana düşən illik xərc əsasında müəyyənləşdirilməsini
nəzərdə tutur.
Bununla
belə, bəzi xərc istiqamətləri yeni maliyyələşdirmə mexanizminə daxil edilməyib.
Bunlara Azərbaycan Respublikası büdcə xərclərinin iqtisadi təsnifatının 310000.
“Qeyri-maliyyə
aktivləri”
bölməsi üzrə xərclər, ümumi təhsildə səriştəəsaslı məzmunun tətbiqi, Azərbaycanın
beynəlxalq qiymətləndirmələrdə (PISA, PIRLS, TIMSS, ICILS) mövqeyinin
yaxşılaşdırılması ilə bağlı xərclər, dərsliklərin, dərs vəsaitlərinin və digər
tədris-metodik vasitələrin hazırlanması və təminatı, kitab alınması, eləcə də təhsilverənlərin
və idarəetmə heyətinin peşəkarlıq səviyyəsinin artırılması ilə bağlı xərclər
daxildir.
Qeyd
edək ki, məktəblərin faktiki illik xərcləri təsdiq edilmiş məbləği aşarsa,
yaranan fərqin məktəbin büdcədənkənar hesabı, təsisçisi və ya tabe olduğu qurum
tərəfindən digər mənbələr hesabına ödənilməsi nəzərdə tutulur.
Mənbə: https://muallim.edu.az/mektebler-adambasina-maliyyelesdirme-uzre-vesaiti-nece-xercleyecek


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)