Çində
azərbaycanşünaslıq üzrə beynəlxalq elmi konfransın keçirilməsi Çin-Azərbaycan
elmi əlaqələrində yeni səhifədir.
AZƏRTAC
xəbər verir ki, bu fikri Pekin Xarici Dillər Universitetinin (PXDU) prorektoru
Gao Qanq 2-ci Çin azərbaycanşünaslıq beynəlxalq elmi konfransında iştirak edən
azərbaycanlı alimlərlə görüşdə deyib. Prorektor təmsil etdiyi universitetin azərbaycanşünaslıq
konfransına ev sahibliyi etməsindən məmnunluğunu ifadə edib, PXDU-dakı Azərbaycan
dili ixtisasının Çində bu istiqamət üzrə yeganə bakalavr ixtisası olduğunu diqqətə
çatdırıb, onun yeni yaradılmasına baxmayaraq, böyük inkişaf yolu keçdiyini
vurğulayıb.
Prorektor
keçən il Azərbaycana rəsmi səfəri çərçivəsində Heydər Əliyev Fondu, Bakı Dövlət
Universiteti, Azərbaycan Milli Elmlər Akademiyası, Xəzər Universiteti, Azərbaycan
Dövlət İqtisad Universiteti, eləcə də Azərbaycan Dövlət İnformasiya Agentliyində
(AZƏRTAC) keçirdiyi görüşləri məmnunluqla xatırlayıb.
Xəzər
Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor
Hamlet İsaxanlı elm və təhsil sahəsində əməkdaşlığın dərinləşməsinin iki ölkə və
xalq arasında münasibətlərin irəli aparılmasına töhfə verdiyini deyib. O, PXDU
və Xəzər Universiteti arasında mövcud olan sıx əməkdaşlığın perspektivləri barədə
fikirlərini bildirib.
Görüşdə
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun dosenti
Qüdsiyyə Qəmbərova, Azərbaycan Dillər Universitetinin alimləri dosent Fialə
Abdullayeva və dosent Səbinə Əliyeva, Elm və Təhsil Nazirliyinin “Məktəbəqədər
və ibtidai təhsil” elmi metodik jurnalının baş redaktoru Böyükağa Mikayıllı,
PXDU tərəfdən isə Asiya fakültəsinin dekanı professor Su Yinqyinq və Azərbaycan
dili kafedrasının müdiri filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev iştirak
ediblər.
Şahin
Cəfərov, AZƏRTAC-ın
xüsusi müxbiri
Pekin
Mənbə:


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)