"Biz
Elm və Təhsil Nazirliyi olaraq çalışırıq məktəblərdə bəzi məhdudiyyətlər qoyaq.
Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb. Məktəblərdə uşaqların internetə
çıxışı ümumiyyətlə filtr olunur. Elə mövzular var ki, onlar bloklanır. Məktəblərdə
200-dən çox təhlükəli mövzuya məhdudiyyətlər qoyulub".
"Azərbaycan
müəllimi" AZƏRTAC-a istinadən xəbər verir ki, bunu İnsan hüquqları, Ailə,
qadın və uşaq məsələləri, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin
birgə iclasında İnzibati Xətalar Məcəlləsində, “İnformasiya,
informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli
informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun
layihəsinin müzakirəsində elm və təhsil nazirinin müavini Firudin Qurbanov
deyib.
Onun
sözlərinə görə, dünya təcrübəsi göstərir ki, uşaqların sosial şəbəkələrə
çıxışının məhdudlaşdırılması məsələsinin sadə həlli yoxdur. Bir tərəfdən,
sosial şəbəkələrdən problemli istifadə depressiya, narahatlıq, kibertəqib və
digər mənfi nəticələrlə əlaqələndirilir. Digər tərəfdən isə, sosial şəbəkələr
ünsiyyət imkanları yaradır, ictimai iştirak üçün platforma təqdim edir, sosial
dəstək almağa kömək göstərir, müxtəlif qrupların özlərini ifadə etməsinə şərait
yaradır. Buna görə də əsas vəzifə uşaqların təhlükəsizliyini təmin etməklə
yanaşı, onların rəqəmsal dünyanın verdiyi imkanlardan faydalanmasına şərait
yaratmaqdır. Bu isə yalnız dövlətin, texnologiya şirkətlərinin, məktəblərin,
valideynlərin, uşaqların birgə səyləri nəticəsində mümkün ola bilər.
Mənbə:


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)