Sınaq imtahanının səhifəsi 3 iyun tarixində saat
10:00-dan başlayaraq 20:00-dək aktiv olacaq. Bu müddət ərzində hər müəllimin
yalnız bir dəfə (120 dəqiqə) sınaq imtahanında iştirak etmək imkanı olacaq.
Sınaq imtahanlarında namizədlərə ixtisas fənni üzrə
50, metodika və pedaqogika üzrə 10 test tapşırığı təqdim olunacaq. İmtahan
vaxtı bitən kimi nəticəniz ekranda görünəcək.
Qeyd: Hörmətli müəllimlər, sınaq imtahanında
iştirak etmək üçün 1, 2 iyun tarixlərində virtual məktəbdəki (TEAMS) mövcud
qrupunuza daxil olub sizə dəvət gəldiyindən əmin olun. Virtual məktəbdə
qeydiyyatdan keçməyən şəxslərin sınaq imtahanında iştirak etməsi mümkün
olmadığı üçün qeyd edilən tarixə qədər qeydiyyatı olmayanların qeydiyyatdan
keçməsi mütləqdir.
Mənbə: https://bit.ly/4uFGg7a
#ElmVəTəhsilNazirliyi
#MÜTDA #Sertifikatlaşdırma #Sınaq


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)