Eradan əvvəl 7 mart 238-ci ildə Misir hökmdarı III
Ptolemey Everget hər dörd ildən bir təqvimə
əlavə bir gün əlavə edən Kanop fərmanı verdi. Bu, ilk dəfə qısa il adlandırılan
dövr olmuşdur.
Bu fərman haqqında məlumat 1866-cı ildə Misirdə
tapılmışdır və bundan əvvəl, hamı romalıların Sezarın dövründə, eradan əvvəl
45-ci ildə əlavə bir gün tətbiq etdiklərinə inanırdı. İnsanlar Yer ilinin 365 gündən ibarət olduğunu
çoxdan bilirdilər, lakin kahinlər, astroloqlar və digər alimlər də qeyd edirdilər
ki, zamanla bu məsələdəki qeyri-dəqiqlik qışdan yaza və ya hətta yaya keçməyə səbəb
ola biləcək bir dəyişiklik yaradacaq. Bu, xüsusilə dini bayramların qeyd edilməsində
vacib idi, buna görə də ruhanilər adətən təqvim dəyişikliklərinin təşəbbüskarları
olurdular. Lakin onlar tədbir görəndə qarışıqlıq bəzən 80 günə çatırdı! Bu hərbçilər
vecinə də deyildi. Fransız mütəfəkkiri Volter yazmışdı: “Roma generalları həmişə
qalib gəlirdi, amma heç vaxt bunun hansı gündə baş verdiyini bilmirdilər”.
Sonuncu böyük təqvim islahatı 1582-ci ildə Papa
XIII Qriqori tərəfindən həyata keçirilmişdir. Bu islahat Sezarın dövründən
sonra yaranan 10 günlük dəyişikliyi aradan qaldırmış və sıçrayış illərinin İsa Məsihin
doğumundan sonrakı, iki sıfırla bitən və 400-ə bölünməyən illər istisna
olmaqla, 4-ə bərabər bölünən illər olduğunu müəyyən etmişdir. Bu o demək idi
ki, 1700, 1800 və 1900 sıçrayış ili deyil. Bir sıçrayış ili fevral ayına bir
gün əlavə edir və onun müddəti 366 gün olur.
İnqilablar təqvimə ən böyük qarışıqlıq gətirdi. Ən
məşhur belə islahat Fransa ilə bağlıdır, burada kral hakimiyyətinin devrilməsindən
sonra təqvim respublikanın elan edildiyi gündən sayılmağa başladı, aylara yeni
adlar verildi və həftələr dekadalar (ongünlüklərlə) əvəz olundu və hər bir
dekadanın da öz adları var idi.
İnqilabi istəklərin bədbəxt hadisələrə səbəb olduğu
dövrlər də olub. Məsələn, Sovet İttifaqında, 1930 və 1931-ci illərin
sıçrayışsız illərində təkcə 29 fevral deyil, həm də 30 fevral da olmuşdur.
Mənbə: https://bit.ly/4cziDH0
İstinad:
https://multiurok.ru/files/t-qvim-sovet-ittifaqinda-30-fevral-da-olmusdur.html


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)