Epirli Pirr Sirakuza şəhərini necə xilas etdi...


 Sirakuza - İtaliyanın Siciliya adasında yerləşən şəhər.

Siraküza Aralıq dənizi ortasında olan Siciliya adasının cənub-şərqində Aralıq dənizinin İon dənizi deyilən hissəsində Siraküza körfəzində yerləşmişdir.

Şəhər Antik Yunan çağlarında belə anfiteatrı, mədəniyyəti və arxitekturası məşhur idi. 2700 illik tarixində şəhər antik çağlarda əhəmiyyətli tarixi rol oynamışdır.

Bir zamanlar şəhər, tarixi bilinən Aralıq dənizi hövzəsində ən böyük siyasi və hərbi gücü olan siyasi vahid olmuşdur. Məşhur alim və ixtiraçı Arximedin vətənidir.

Roma Po dərəsinin cənubundan Orta İtaliyayadək yerləşən ərazini özünə birləşdirib, qüdrətli dövlətə çevrildi.

Eradan əvvəl III əsrin əvvəllərində Sirakuz şəhəri əsl antik dövrün “Nyu-Yorku” idi. Lakin varlı və güclü bir meqopolis olan bu şəhər, tiran Aqatoklun ölümündən sonra vətəndaş müharibəsi xaosuna qərq oldu. Onların uzun müddətli rəqibi olan Karfagen bundan istifadə etmək qərarına gəldi.

Eradan əvvəl 278-ci ildə Karfagen donanması Sirakuz şəhərini mühasirəyə aldı. Məhv edilmə təhlükəsi ilə üzləşən şəhər sakinləri İtaliyaya elçilər göndərərək qədim dövrlərin superulduzu, Epirli general Pirrdən  kömək istədilər. Pirr görkəmli sərkərdə idi. O, e.ə. 280-ci ildə 22 min piyada, 3 min fessaliya atlısı və 20 döyüş fili ilə İtaliyaya gəldi. Romalılar ilə ilk vuruşma Herakleya şəhəri yanında baş verdi. Pirr Roma ordusunu məğlubiyyətə uğratdı. E.ə. 279-cu ildə Auskula şəhəri yanında 70 minlik Roma ordusu ikinci dəfə böyük məğlubiyyətə uğradı. Lakin Pirrin özü də çoxlu tələfat verdi. Deyilənlərə görə, bu qələbədən sonra Pirr demişdi ki: “ Bir də belə qələbə çalsam, mən ordusuz qalaram”. “Pirr qələbəsi” terminini buradan meydana gəlmişdir. Pirr romalılarla müharibəni qurtarmamış, Siciliyaya da sahib olmaq iddiasına düşdü. Onun üçün bu, öz imperiyasını yaratmaq üçün bir şans idi. Antik tarixçilərdən Plutarx Pirri “hərarətli oyunçu” adlandırmış və demişdi ki, “onun bəxti gətirsə də, özü heç vaxt bundan istifadə etməyi bacarmamışdır”. Pirrin elit ordusu və döyüş filləri ilə birlikdə eskadrilyası Siciliya adasına  yaxınlaşan kimi, karfagenlilər sadəcə mühasirəni ləğv etdilər.

Minnətdar sirakuzlular Pirri qucaqlarına alaraq onu padşah elan etdilər. O, tez bir zamanda onların etimadını doğrultdu: hücuma keçdi və alınmaz Erix dağ qalasına basqın etdi. Üstəlik, Pirr divarlara hücum edən və düşməni yaxın döyüşdə şəxsən məhv edən ilk şəxs oldu! Karfagen panikaya düşdü, sülh və böyük bir təzminat təklif etdi. Karfagenlilər  yalnız bir şəhərin, Lulubey (P.S. maraqlıdır- bu şəhərin Azərbaycanda mövcud olmuş Lullubeylərlə əlaqəsi varmı? ) şəhərinin onlara qalmasını istədilər. Burada Pirr çox böyük  bir səhvə yol verdi. Uğurlardan məst olan Pirr, yalnız qalib gəlmək deyil, həm də müharibəni Afrikaya keçirmək və Karfageni tamamilə məhv etmək qərarına gəldi. Bunun üçün ona nəhəng bir donanma lazım idi.

Özünü mütləq bir monarx kimi hiss edən sərkərdə “başını” itirdi:

- O, həddindən artıq yüksək hərbi vergilər tətbiq etdi.

- Azad vətəndaşları avarçəkməyə məcburi şəkildə cəlb etməyə başladı.

- Ona qarşı çıxmağa cəsarət edən bir neçə nüfuzlu siyasətçini (o cümlədən onu dəvət edənləri) edam etdirdi.

Sirakuzalılar şoka düşmüşdülər. Onlar bir himayəçi dəvət etmişdilər, amma bunun əvəzinə qəddar bir tiranla qarşılaşdılar. İğtişaşlar başladı və bəzi şəhərlər çarəsiz vəziyyətdə hətta Karfagenlə ittifaqa girdilər. Ayaqları altında torpağın yandığını və dünənki fanatiklərin onları arxadan bıçaqlamağa hazır olduqlarını anlayan Pirr karfagenliləri də özünə düşmən etdi. Eradan əvvəl 276-cı ildə  yenidən İtaliyaya qayıtdı. Gedərkən adaya baxdı və belə bir ifadə söylədi: “Dostlar, romalılara və karfagenlilərə necə də gözəl mübarizə meydanını buraxırıq!”.

Sanki o, qabaqcadan bilirdi ki, qanlı Birinci Pun müharibəsi tezliklə burada  başlayacaq. Artıq güclənmiş romalılar Pirri müharibədə məğlub edib, onu İtaliyadan çıxıb getməyə vadar etdilər. Bundan sonra Pirr Yunanıstanda Makedoniya taxt-tacı uğrunda mübarizəyə girişdi, lakin döyüşlərin birində həlak oldu.

Sirakuz şəhəri böyük bir imperiyanın mərkəzinə çevrilmək üçün tarixi şansını əbədi olaraq əldən vermiş oldu.

İstifadə edilmiş resurslar:

1.Y.Həsənov. Qədim Roma tarixi. Bakı. 1975.səh. 60-61

2.https://www.facebook.com/groups/1107999409659102/user/100013317286851/

3.https://www.facebook.com/photo?fbid=2501482483638970&set=gm.2482692322189797&idorvanity=1107999409659102

4.https://az.wikipedia.org/wiki/Sirakuz_(Siciliya)

İstinad: https://multiurok.ru/files/epirli-pirr-sirakuza-s-h-rini-nec-xilas-etdi.html

Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.