Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov yel çərşənbəsi münasibətilə təşkil olunan tədbirdə iştirak edib

Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov yel çərşənbəsi münasibətilə təşkil olunan tədbirdə iştirak edib.

Martın 10-da Şirvan şəhər 11 nömrəli tam orta ümumtəhsil məktəbin təşkilatçılığı ilə Novruzun üçüncü çərşənbəsi - “Yel çərşənbəsi” münasibətilə açıq havada bayram tədbiri keçirilib.

Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri və Aparatının əməkdaşları, məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak ediblər.

Milli-mənəvi dəyərlərimizi və qədim adət-ənənələrimizi özündə əks etdirən bayram proqramında şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyalar, əl işlərindən ibarət sərgilər, musiqi və rəqs nömrələri təqdim olunub, Novruzun rəmzləri və Yel çərşənbəsinin mahiyyəti barədə məlumat verilib.

Şagirdlərin yaradıcılıq nümunələri tədbir iştirakçıları tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

Tədbirdə bayram tonqalı alovlandırıldıqdan sonra şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov “Yel çərşənbəsi” münasibətilə tədbir iştirakçılarını və şəhər sakinlərini səmimi-qəlbdən təbrik edib, bu əlamətdar gün münasibətilə hər kəsə möhkəm can sağlığı, yüksək əhval-ruhiyyə, firavanlıq və süfrələrə bol ruzi-bərəkət arzulayıb.

Ətraflı:

http://shirvan-ih.gov.az/az/news/seher-icra-hakimiyyetinin-bascisi-ilqar-abbasov-yel-cersenbesi-munasibetile-teskil-olunan-tedbirde-istirak-edib10032026.html

 

Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.