8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bütün xanımları səmimi qəlbdən təbrik edirik!
Martın səkkizi baharın təravəti, ümid və sevinc gətirən
ən gözəl bayramlardan biridir. Bu gün zərifliyin, mərhəmətin, sədaqətin və həyatımıza
rəng qatan qadınların bayramıdır. Dünyada elə bir insan tapılmaz ki, həyatında
heç olmasa bir dəfə bu əziz gündə bir qadına gül hədiyyə etməmiş olsun. Çünki hər
birimizin həyatında ana qayğısı, bacı sevgisi, həyat yoldaşı sədaqəti, müəllim
və həmkar qadınların zəhməti xüsusi yer tutur.
Bu əlamətdar gündə analarımızı, bacılarımızı,
xanımlarımızı, qohumlarımızı, sinif və tələbə yoldaşlarımızı, eləcə də birlikdə
çalışdığımız bütün xanımları ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı,
xoşbəxtlik, sevinc və daim bahar təravətli bir ömür arzulayırıq.
Beynəlxalq Qadınlar Gününüz mübarək olsun!
#QadınGülərsə


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)