“Nüvə və digər kütləvi qırğın silahının mümkün tətbiqi
təhlükəsi ilə əlaqədar həyata keçiriləcək profilaktika və təhlükəsizlik tədbirləri
barədə əhalinin maarifləndirilməsi və məlumatlandırılması Qaydası”nın təsdiq
edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu
maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Nüvə və digər kütləvi qırğın
silahının mümkün tətbiqi ilə əlaqədar yarana biləcək təhlükənin qarşısının alınması
məqsədilə əhalinin mühafizəsi, habelə profilaktika və təhlükəsizlik tədbirlərinin
həyata keçirilməsi üzrə Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2025-ci il 15 oktyabr tarixli 744 nömrəli Sərəncamının
2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
“Nüvə və digər kütləvi qırğın silahının mümkün tətbiqi
təhlükəsi ilə əlaqədar həyata keçiriləcək profilaktika və təhlükəsizlik tədbirləri
barədə əhalinin maarifləndirilməsi və məlumatlandırılması Qaydası” təsdiq
edilsin (əlavə olunur).
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 6 ” “ mart ” 2026-cı il
№ 67
Mənbə:
https://azertag.az/xeber/4062159


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)