Bu ildən Əmək Məcəlləsində əhəmiyyətli dəyişikliklər edilib. Bu dəyişikliklərdən biri də məzuniyyət zamanı orta əmək haqqının hesablanmasıdır.
Yeni
qaydalara görə məzuniyyət haqqı necə hesablanacaq?
Valyuta.az
“Milli.Az”a istinadən xəbər verir ki, Əmək Məcəlləsinin
111.1-ci maddəsində işçiyə məzuniyyət üçün əmək haqqı ödənilir. Orta əmək haqqı
12 aylıq əmək haqqından toplanılıb iş günlərinin sayına görə bölünməklə alınan
rəqəm məzuniyyət günlərinin sayına vurulması ilə hesablanır. Əgər bu məzuniyyət
haqqı işçinin sonuncu maaşından az olarsa, onda sonuncu əmək haqqı məbləğində məzuniyyət
hesablanır.
Məsələ
ilə bağlı Dövlət Əmək Müffətişliyinin sədri Fərman Zeynalov bildirib ki, işçi məzuniyyətdə
olarkən onun vəzifəsi, peşəsi və bu məcəllədə nəzərdə tutulmuş qaydada
minumumdan aşağı olan əməkhaqqı saxlanılır:
“Artıq bu yeni dəyişiklikdir ki, məzuniyyət
ödənişi işçinin son əməkhaqqından aşağı olmasın.
Məzuniyyət
zamanı orta əməkhaqqının ödənilməsi Əmək Məcəlləsinin 140-cı maddəsi ilə tənzimlənir.
Həmin maddənin 5-ci bəndinə əsasən, işçiyə məzuniyyət vaxtı üçün orta əməkhaqqı
məzuniyyətin başlamasına ən gec 3 gün qalmış ödənilir. Əmək Məcəlləsinin 111-ci
maddənin tələbinə əsasən, hesablamalar aylıq yox, gündəlik aparılmalıdır”.
Qeyd
edək ki, iş yeri bağlanarsa, bu, işəgötürəni məsuliyyətdən azad etmir.
Ümumilikdə isə bu dəyişiklik daha ədalətli hesablama aparılmasına imkan verir.
Mənbə: https://valyuta.az/news/mezuniyyet-pulu-ile-bagli-vacib-deyisiklik-maasdan-az-olmayacaq


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)