Bakı, 1 mart, AZƏRTAC
Yaxın Şərqdə davam edən hərbi əməliyyatlar fonunda
media və sosial şəbəkələrdə cəmiyyətdə çaşqınlıq yarada biləcək məlumat axını
müşahidə olunmaqdadır. Dezinformasiya risklərinin yüksək olduğu bir vəziyyətdə
bütün media subyektlərini yalnız rəsmi mənbələrin məlumatlarına istinad etməyə,
informasiya manipulyasiyalarına yol verməməyə çağırırıq.
AZƏRTAC xəbər verir ki, bu barədə Medianın İnkişafı
Agentliyinin açıqlamasında bildirilib.
“Jurnalistləri və ictimai fəalları yalnız rəsmi məlumatları
yaymağa və cəmiyyətdə təşviş doğuran paylaşımlardan çəkinməyə səsləyirik”, -
deyə qurumun yaydığı məlumatda qeyd olunub.
Mənbə:
Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC)
1920-ci il martın 1-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən
yaradılmışdır. Yarandığı ilk dövrdə Azərbaycan Dövlət Teleqraf Agentliyi adı ilə
fəaliyyətə başlayan qurumölkənin ilk rəsmi xəbər agentliyidir.
Tarixi adı: İlk adı "Azərbaycan Dövlət
Teleqraf Agentliyi" (AzərTAc) olmuşdur.
İnkişaf dövrü: 1969-cu ildən, Heydər Əliyevin
hakimiyyətə gəlişi ilə agentliyin inkişafı yeni mərhələyə qədəm qoymuş, daha
sonra Azərinform adı ilə fəaliyyət göstərmişdir.
Müasir status: Müstəqillik dövründə, 2015-ci il
fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı
ilə Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) adlandırılmışdır.
Hazırkı statusu: 2017-ci ildən etibarən publik
hüquqi şəxs kimi fəaliyyət göstərir və 8 xarici dildə operativ məlumatlar
yayır.
Mənbə:https://az.wikipedia.org/wiki/AZ%C6%8FRTAC


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)