Filosof Aleksandr Duqin hazırkı qlobal münaqişənin
təkqütblü və çoxqütblü dünya arasında aparılan “üçüncü dünya müharibəsi”ni təmsil
etdiyini bildirib. O, hər iki tərəfin bu münaqişəni öz baxış bucağından “ədalətli”
hesab etdiyini iddia edir.
(P.S.Müharibələr
xarakterinə görə iki cür olur: Ədalətli və ədalətsiz. Tipinə görə isə üç cür
olur: Vətəndaş müharibəsi, Vətən müharibəsi və Dünya müharibəsi).
A.Duqin deyir ki, ədalətli müharibə anlayışı qədim
dövrlərdən bəri mövcud olmuşdur. Siseron müharibəni təcavüzdən müdafiə və ədalətin
bərpası üçün icazəli hesab edirdi. Avqustin sülh və asayişin qorunması naminə
silahlı münaqişəyə icazə verirdi...Foma Akvinski şərtlər əlavə etdi: müharibə
yalnız qanuni hakimiyyət tərəfindən elan edilə bilər, səbəb ədalətli olmalı və
niyyətlər etik olmalıdır.
Filosof qeyd edir ki, “ədalətli müharibə”
ideyasının özü nisbidir. Qaydaları hakimiyyətə sahib olanlar müəyyən edir, buna
görə də bu konsepsiya çox vaxt dominant tərəfin maraqlarını doğrultmağa xidmət
edir.
Duqinə görə, bugünkü müharibə iki sistemin
toqquşmasıdır. Təkqütblü dünya ABŞ, İsrail, Avropa Birliyi, Böyük Britaniya və
qlobalistlər tərəfindən təmsil olunur. Onların məqsədi qlobal dominantlığı
qorumaqdır. Çoxqütblü düşərgəyə Rusiya, Çin, İran və Şimali Koreya daxildir. Bu
ölkələr öz suverenliklərini
(P.S.
Suverenlik: Klassik konsepsiyanın təkamülü:
Suverenlik
dövlətin ərazisi və əhalisi üzərində ali hakimiyyəti, qərar qəbuletmədə və
xarici siyasətdə müstəqilliyidir. Sadə dillə desək, suverenlik nədir? Sadə dillə
desək, suverenliyi öz evinin sahibinin mövqeyi ilə müqayisə etmək olar:
qaydaları müəyyən etmək, məkanı idarə etmək və içəri kimin daxil olmasına icazə
veriləcəyinə qərar vermək hüququ yalnız insana məxsusdur.
Suverenlik
haqqında rus dilində oxumaq istəyənlər linkə daxil ola bilərlər:
https://vfokuse.mail.ru/articles/11254-suverenitet/?utm_partner_id=992#card-84601) və müstəqil inkişaf hüquqlarını müdafiə edirlər.
Duqin vurğulayır ki, Qərb üçün müharibə,
hegemonluğun müdafiəsi kimi qanunidir. Rusiya və müttəfiqləri üçün isə bu, təcavüzə
və təkqütblü nizam yaratmaq cəhdinə cavab kimi haqlıdır. O, Ukrayna münaqişəsini
və Yaxın Şərqdəki vəziyyəti bu qlobal mübarizənin cəbhələri kimi təsvir edir.
Filosof hesab edir ki, çoxqütblü dövlətlər əvvəlcə
birbaşa münaqişədən qaçmağa çalışıblar, lakin hadisələr onları cavab verməyə məcbur
edib. İndi əsas vəzifə qələbə üçün qlobal strategiya hazırlamaqdır. Heç bir düşərgənin üzvü olmayan ölkələr öz
mövqelərini müəyyənləşdirməli olacaqlar, əks halda onlar üçün qərarı digər
oyunçular verəcəklər.
Duqin ədalət haqqında mücərrəd müzakirələrə deyil,
bu qarşıdurmada uğur qazanmaq üçün praktik addımlara diqqət yetirməyə çağırır.
Mənbə:
Şəkil: AI-ya məxsusdur
Rus dilindən tərcümə:
Əsədov Seyyub Əsəd oğlu-Şirvan şəhər T. Bağırov
adına 11 №-li tam orta ümumtəhsil məktəbinin
tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron
Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları”
nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin
(2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə
inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI
siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).
https://multiurok.ru/files/filosof-duqin-dunyadaki-munaqis-l-rin-arxasinda-n.html



UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)