“Hadisələr haqqında bilərəkdən susan tarixçi,
olmayan hadisələri uyduran adamdan daha çox yalançıdır”.
Ammian Marselin (330-400-cü il) Res gestae XXIX 1, səh.
15.
Tarixin himayədarı qədim yunan ilahəsi Klio - doqquz olimpiya muzlarından biri hesab edilir. Klionun
anası yaddaş ilahəsi Mnemozina sayılır. O, həyat təcrübəsinin təcəssümü hesab
olunurdu. Əfsanəyə görə o, “hər şey var idi, hər şey var və hər şey olacaq”ı
bilirmiş. Tarix və yaddaş ayrılmaz şəkildə biri-birilə bağlıdır.
Əslində işə bu peşə sahibləri olmasaydı bəşəriyyət
çətin ki, keçmiş haqqında nə isə öyrənə bilərdi. Müasir dövrdə
Herodotun davamçılarını bəzən qınayırlar...
Axı
tarix Şumerdən başlayır... Bu gün - 28 mart bütün dünyada tarixçi günü kimi
qeyd edilir. Fəaliyyətləri bu və ya digər şəkildə tarix kimi bir elmin öyrənilməsi
ilə əlaqəli olan bütün mütəxəssislər bu gün təbrik edilirlər.
Tarixçi
peşəsi əcdadlarımızın həyatı haqqında məlumat əldə etməyimizə, təcrübələrini
öyrənməyimizə və səhvlərimizi təkrarlamamağımıza imkan verən bir işdir. Kiçik
tövsiyyə:
-əldə
edilən biliklərə görə müəllimlərinizə minnətdar olun;
-
arxeoloqları yaddan çıxarmayın;
-bölgənizin
tarixi ilə, tarixi abidələrlə maraqlanın;
-keçmişdəki
real hadisələrə əsaslanan bədii və ya sənədli filmlərə baxın;
-çalışın
səyahət edin və müxtəlif ölkələrdə olun.
Beynəlxalq
Tarixçi Günü - ömrünü elm və təhsillə həsr edənlərə minnətdarlıq sözlərinin
ünvanlandığı beynəlxalq bir bayramdır.
İnsanların keçmişlərinin dəyərini anlamaları və mənşəyinə
müraciət etməyin vacibliyini xatırlaması üçün 28 Mart Ümumdünya Tarixçilər Günü
kimi qeyd olunur.
Bayramınız mübarək
tarixçilər!


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)