Milli Məclis “Patent haqqında” Qanuna təklif olunan
dəyişiklikləri üçüncü oxunuşda təsdiqləyib.
Sinxron Fənlər “Azərbaycan müəllimi”nə istinadən məlumat verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisin
fevralın 10-da keçirilən iclasının gündəliyinə daxil edilib.
Layihəyə əsasən, yaradılan ixtira, faydalı model və
sənaye nümunəsi barəsində işəgötürənlə işçinin münasibətləri müqavilə ilə tənzimlənəcək.
Xidməti vəzifəsinin həyata keçirilməsi və ya işəgötürənin
yazılı tapşırığı ilə əlaqədar işçinin (o cümlədən müəllim, elmi işçi,
doktorant, magistr, tələbə və s.) apardığı fundamental və tətbiqi tədqiqatlar,
təcrübi işləmələr və innovativ layihələr nəticəsində yaratdığı ixtira, faydalı
model və sənaye nümunəsi üçün patent almaq hüququ, işəgötürənlə onun arasında
bağlanılmış müqavilədə başqa şərtlər nəzərdə tutulmamışdırsa, işəgötürənə mənsubdur.
Tərəflər arasında bağlanılmış müqavilədə royalti şəklində əldə edilən gəlirlərin
bölüşdürülməsi qaydaları göstərilməlidir.
Mənbə:
https://muallim.edu.az/milli-meclis-patent-haqqinda-qanuna-deyisiklikleri-tesdiqledi


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)