“Hazırda daxil olan müraciətlərin bir hissəsi çalışmanın yaş həddinə çatmış müəllimlərin əmək fəaliyyəti ilə bağlıdır”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Məktəbəqədər
və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) şöbə müdiri Nurlan İsmayılbəyli
Təhsil TV-yə açıqlamasında deyib.
O qeyd edib ki, müəllimlərlə əmək münasibətlərinin
tənzimlənməsi Elm və Təhsil Nazirliyinin müvafiq əmri ilə həyata keçirilir.
Şöbə müdiri vurğulayıb ki, həmin əmrin tələblərinə
uyğun olaraq çalışmanın yaş həddinə tədris ili ərzində çatmış müəllimlərlə
bağlanmış əmək müqavilələri qanunvericiliyin tələbləri gözlənilməklə tədris
ilinin sonunadək uzadılmalıdır və proses bu qaydada həyata keçirilir.
Mənbə:


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)