Şagirdlər özlərinin imtahana buraxılış vərəqəsini çap edə bilərlər. Təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.
Məlum olduğu kimi, 2026-cı il martın 9-da Bakı şəhərinin
Nərimanov, Sabunçu, Xəzər, Səbail, Nəsimi, Nizami, Pirallahı, Abşeron (I hissə),
Sumqayıt (I hissə), Gəncə (I hissə), Goranboy, Yevlax, Naftalan, Şəmkir,
Ağstafa, Şirvan, Hacıqabul,
Neftçala, Salyan, Ucar, Ağdaş, Zərdab, Kürdəmir, Lənkəran, Cəlilabad, Bərdə, Tərtər,
Füzuli (o cümlədən M.Uluqbəy adına 1 №-li tam orta məktəb), Zəngilan (Ağalı kənd
tam orta məktəbi), Cəbrayıl (M.Mehdizadə adına məktəb, Horovlu), Ağdərə (Talış,
Göyarx, Həsənriz, Şıxarx, Suqovuşan kənd tam orta məktəbləri), Şəki, Oğuz, Qəbələ,
Xaçmaz, Siyəzən, Şabranda Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta
təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək. Martın 9-da tədrisi
ingilis dilində olan məktəblərin şagirdləri
də imtahan verirlər.
Buraxılış imtahanında iştirak edəcək şagirdlər
https://e-gov.az/az/services/read/2516/2
linkindən
istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri
isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər. Şagirdlər
iş nömrəsini https://eservices.dim.gov.az/sagird/infosh.aspx
linkindən öyrənə bilərlər.
Buraxılış vərəqəsini çap etmək üçün kompüterə Adobe
Reader proqramı quraşdırılmalıdır və brauzerin “Pop-up blocked” sahəsindən qeyd
işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər
buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı
DİM-in saytından yükləyə bilərlər.
Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
-İmtahana buraxılış vərəqəsi;
- Şəxsiyyəti təsdiq edən sənədin əsli:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı
tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət
Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış
xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
-Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar
digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri
yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və
şəkil möhürlə təsdiqlənir).
Qeydlər:
-Şagirdlər bitirdikləri məktəbin yerləşdiyi yerə
uyğun rayonda (şəhərdə) imtahan verirlər.
-Məcburi köçkün rayonlarının məktəblərində təhsil
alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların
imtahan gününə uyğun tarixdə imtahan verirlər.
-Peşə liseylərinin məzunları liseyin yerləşdiyi şəhər
və rayonların imtahan gününə uyğun tarixlərdə imtahan verirlər (Sumqayıt və
Abşeronda yerləşən peşə liseylərinin məzunları
martın 9-da imtahan verəcəklər).
Mənbə:


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)