Yeni ildə nə arzulamaq istəyirəm: Mixael Laytman yazır...

Biz çətin bir il yaşadıq. Bu il çətin hadisələrlə yadda qaldı: müharibələr, terrorizm, iqlim dəyişikliyi, dünyada etirazlar və daha çox digər hadisələr...

Biz əzablar içərisində inkişaf edirik, getdikcə daha çox zərbə alırıq. Bu dolaşıq dövrdən çıxmaq üçün zərbələrin nədən asılı olduğunu və həyatımızı necə yenidən təşkil edəcəyimizi başa düşməliyik ki, bu zərbələr bizi qırmasın, əksinə bizə fayda versin və bizi bir-birimizə, ortaq təbiətimizə, yəni Ali Gücə (YARADANA) yaxınlaşdırsın.

O zaman gözəl bir dünyada yaşadığımızı hiss edəcəyik!

Dünyamızda təbiətin bütün qüvvələri arasında xeyirxah, tarazlı bir əlaqədən başqa heç nə yoxdur. Əgər bir şeyi əks qüvvələr əvəzinə yaxşı qüvvələr vasitəsilə digəri ilə əlaqələndirə bilsəydik, özümüzü bu dünyanın əvəzinə daha yüksək bir dünyada, cənnət  bağında hiss edərdik.

Sadəcə hamımız yaxşı münasibətlər qurmaq üçün içimizdə gizlənmiş xeyirxah qüvvələri oyatmaq istədiyimizi qəbul etməliyik. Hər birimizdə  bu gücdən bir azca  vardır. Amma hamımız özümüzdəki yaxşılığı oyatmaq istəsək, bu, böyük bir qüvvəyə çevriləcək. Müharibələri və terroru dayandıracaq, hər şeyə sülh və tarazlıq gətirəcək.

Yeni ilə yaxınlaşarkən məhz bunu etməliyik. Artıq hər şeyi sınadıq və bir şeydən başqa heç nəyin işə yaramadığını gördük: gəlin bir-birimizlə müsbət əlaqə saxlamağa çalışaq. Gəlin bir-birimizə fikirlərimizlə kömək edək ki, hər kəs bu qarşılıqlı iştiraka, dəstəyə, birliyə və sevgiyə nail ola bilsin.

Axı insanın əsl düşməni onun eqoizmidir. Buna görə də gəlin heç kimin hirslənməsinə, qışqırmasına və ya qəzəbini başqalarının üzərinə tökməsinə imkan verməyək. O zaman həqiqətən uğur qazana bilərik və yeni il ailələrimiz daxilində, ölkələr arasında və bütün insanlar arasında münasibətlərimizdə dönüş nöqtəsi olacaqdır.

Biz bunun bütün təbiətə necə tarazlıq gətirdiyini görəcəyik. Bir-biri ilə ziddiyyətdə olan bütün təbiət qüvvələri qəfildən sakitləşəcək və bütün təbiət tarazlığa gələcək.

Yeni ildə dünyanın hər yerindəki tələbələrimə (P.S.müridlərimə?: tərcüməçidən.)  arzum kabbaladan (P.S. sufilikdən?: tərcüməçidən)  daha çox müdriklik mənimsəmək və ətraflarında daha geniş dəstək dairələri toplamaqdır ki, birlikdə dünyanı daha yaxşıya doğru dəyişə bilək.

Yeni ildə hər kəsə arzum: gəlin dünyanın hər yerində, heç bir fərq qoymadan bütün insanlar arasında sevgi, birlik və qarşılıqlı anlaşmaya nail olaq. Bu yolla bütün müharibələrə son qoyub problemləri həll etmək mümkündür.

Yeni iliniz mübarək!

 Mənbə:

https://www.michaellaitman.com/ru/articles/chto-ya-hochu-pozhelat-v-novom-godu/

Rus dilindən tərcümə etdi:

Əsədov Seyyub Əsəd oğlu-Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).

 

 

Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.