Elmi Fantastika Günü

2 yanvar elmi fantastika həvəskarları ədəbiyyat, film və digər incəsənət növlərinin bu janrını qeyri-rəsmi bayram kimi qeyd edirlər. Bu günün seçilməsinin səbəbi birdir: 2 yanvar XX əsrin ən görkəmli elmi fantastika yazıçılarından biri olan İsaak Azimovun doğum günüdür.

İsaak Azimov (2 yanvar 1920- 6 aprel 1992) amerikalı yazıçı və Boston Universitetinin biokimya professoru idi. Azimov sağlığında Robert A. Heinlein və Artur C. Klark ilə birlikdə “Böyük üçlük” elmi fantastika yazıçılarından biri hesab olunurdu.

Elmi fantastika XIX əsrdə, Sənaye İnqilabının misli görünməmiş imkanlar açdığı zaman yaranmağa başladı. Janrın təməli yazıçılar Jül Vern və  Herbert Uells tərəfindən qoyulub. Elmi fantastikasının klassikləri arasında Aleksandr Belyayev, Struqatski qardaşları və başqaları da vardır.

 

Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.