Elm və təhsil naziri Emin Əmrullayev 30 yanvar tarixində Kürdəmir şəhərində vətəndaşları qəbul edəcək.
“Azərbaycan müəllimi” xəbər verir ki, qəbulda Kürdəmir,
Mingəçevir, Yevlax, Ağdaş, Göyçay, Ucar, Zərdab sakinləri iştirak edə bilərlər.
Adları çəkilən şəhər və rayonların sakinləri 16
yanvar (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin
146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində)
zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının
https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51
206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.
Nəzərinizə
çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.
Mənbə:
https://muallim.edu.az/elm-ve-tehsil-naziri-kurdemirde-vetendaslari-qebul-edecek


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)