Nikolay Sarapulov yazır ki,
Birinci? Bu işə ilk çinlilər başlamışalr.
Əvvəlcə kağız o qədər baha idi ki, onun bir parçası
çox dəyərli idi.
Sonra kağız istehsalının dəyəri düşdü. Pul kütləvi
şəkildə çap olunmağa başladı. Beləliklədə, inflyasiya başladı. ..
Elxan Keyxatu xanın (1291-1295) dövründə kağız pulların tətbiqi və Sədr əd-dinin
edam edilməsi ilə bağlı mənbə dəlilləri...
Çingiz xanın nəticəsi Elxan Keyxatu xanın pul islahatı (1294) haqqında əsas məlumat mənbəyi
XIII əsrin sonu və XIV əsrin əvvəllərinə aid farsdilli salnamələr, əsasən Rəşid əd-dinin, Vəssafın əsərləri
və tarixçi V.V. Bartoldun istifadə
etdiyi sonrakı qaynaqlardır.
İslahat tərəfdarları tərəfindən istinad edilən Çin
təcrübəsini təsvir edən Rəşid əd-din, Çin, İran və Qafqazdakı hadisələr arasındakı əsas fərqləri vurğulayır:
“Çində gümüş dirhəmlər əvəzinə, suveren möhürü olan
kağız pullar dövriyyəyə buraxılırdı və bütün xəzinə qızıl və gümüşü özündə cəmləşdirirdi”
[Rəşid əd-din. “Cami ət-təvarix].
Bu təcrübə pul dövriyyəsinin regional xüsusiyyətləri
nəzərə alınmadan mexaniki olaraq Elxanilər dövlətində həyata keçirildi.
Vəssaf kağız pulların tətbiq olunduğu anı qeyd edir
və islahatın məcburi xarakterini vurğulayır:
“Heç kimin bu kağızlardan imtina etməyə cəsarət etməməsi
və onları qəbul etməyənlərin dərhal edam edilməsi barədə fərman verildi”[Vəssaf.
Fəthlər tarixi].
12 sentyabr 1294-cü ildə müasir Azərbaycan, Ermənistan
və Gürcüstan torpaqlarında ölüm hökmü altında kağız pulların istifadəsini tələb
edən bir fərman verildi. Yeni əskinaslar əvvəllər regionun pul dövriyyəsinin əsasını
təşkil edən gümüş və qızıl sikkələri əvəz etmək üçün nəzərdə tutulmuşdu. Bu
yeniliyin yerli əhali üçün ekzotik təbiətinə baxmayaraq, əskinasların özləri
tam hüquqlu bir valyutanın bütün əsas xüsusiyyətlərinə malik idi: sabit
nominallar, rəsmi simvollar və saxta pul istehsalına görə cəzalar...
Ölüm cəzasına baxmayaraq, iqtisadi təsir gözləniləndən
fərqli oldu. Vassaf həmçinin bazarın reaksiyasını ətraflı şəkildə təsvir edir:
“Bir neçə gün ərzində insanlar qorxudan kağızları qəbul
etdilər, lakin onlar üçün demək olar ki, heç nə ödəmədilər. Tacirlər mallarını
satışdan çıxardılar, bazarlar boşaldı və şəhərlərdə heç bir ərzaq və ya təchizat
tapılmadı” [Vəssaf].
Beləliklə, tarixi mənbələr yeni pul nominasiyasına uyğunlaşmaq
əvəzinə ticarətin iflic olduğunu açıq şəkildə
göstərirlər.
Xüsusilə islahatın əsas təşəbbüskarı, Keyxatu xanın
sarayında maliyyə siyasətini effektiv şəkildə idarə edən vəzir Sədr əd-din Əhməd
Zəncaninin taleyi bunu açıq şəkildə göstərir. İslahatın süqutundan və xanın
öldürülməsindən (1295) sonra yeni hökmdar Baydu xan (P.S. Baydu xan özünü 1295-ci ildə, Azərbaycanda,
Qaraçala adlı yerdə elxan elan etmişdir) özünü “kağız eksperimentindən”
açıq şəkildə uzaqlaşdırmaqda göstərdi.
Rəşid əd-din
bildirir:
“Kağızlar zülmkar elan edildi, ictimai meydanlarda
yandırıldı və onları istehsal etmək üçün istifadə edilən çap maşınları məhv
edildi” [Rəşid əd-din].
Sədr əd -dinin edamı salnamələrdə açıq şəkildə
simvolik bir xarakter aldı.
Vəssaf bunu belə təsvir edir:
“Sədr əd- din kağız kimi yarıya qatlanmış və
onurğası sındırılmışdı ki, hamı bu cür yeniliklərin necə bitdiyini bilsin”[Vəssaf].
Məhz bu islahat üçün vəzir xalqın yaddaşında “Kağız
Sədr” ləqəbini qazandı ki, bu da hadisənin dərin sosial rezonansını və uzunmüddətli
travmasını göstərir.
V.V. Bartold fars mənbələrindən məlumatları ümumiləşdirərək,
islahatın uğursuzluğunun yalnız qısamüddətli siyasi deyil, həm də uzunmüddətli
mədəni və iqtisadi nəticələri olduğunu vurğulayır:
“Keyxatu xanın dövründə pul eksperimentinin
uğursuzluğu uzun müddət İran və Qafqaz əhalisinin ümumiyyətlə kağız pula olan
etibarını sarsıtdı”
[Bartold V.V. Türküstanın mədəni həyatının tarixi].
1294-cü il təcrübəsi göstərdi ki, kağız pullar mürəkkəb
institusional şərtlər toplusu - etimad, vergi sistemi və sabit inzibati təcrübələr
olmadan fəaliyyət göstərə bilməz. Metal valyutaya yönəlmiş cəmiyyətə pul
valyutasını zorla daxil etmək cəhdi iqtisadi çöküşə və siyasi qeyri-sabitliyə səbəb
olar. Sədr əd-dinin simvolik edamı bu təcrübəni regionun kollektiv yaddaşında
möhkəmləndirdi ki, bu da XX əsrin əvvəllərinə
qədər Qafqazda kağız pula qarşı davamlı inamsızlığı izah edir.
Mənbə: https://bit.ly/4smlecZ
Rus dilindən tərcümə:
Əsədov Seyyub Əsəd oğlu-Şirvan şəhər T. Bağırov
adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin
(2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı
İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji
Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi,
Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi
(“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)