8 yanvar saat 15:00-dan etibarən 2025-2026-cı tədris
ilinin birinci yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi müvəqqəti
dayandırılacaq.
Sinxron Fənlər “Azərbaycan müəllimi” qəzetinə istinadən məlumat verir
ki, tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını
nəzərə alaraq 11-ci siniflər üzrə yerdəyişmə prosesi 8 yanvar 2026-cı il
tarixindən tədris ilinin sonunadək aktiv edilməyəcək.
Məktəbəhazırlıq qrupları və 1- 10-cu siniflər üzrə
yerdəyişmə prosesinin yenidən aktivləşdiriləcəyi tarix barədə ictimaiyyətə əlavə
məlumat veriləcək.
Qeyd edək ki, 13 yanvar 2026-cı il saat 15:00-a qədər
təsdiqlənmiş sorğular üzrə tələb olunan müvafiq sənədlər ümumi təhsil müəssisələrinə
təqdim edilməlidir. Göstərilən tarixədək tamamlanmayan sorğular və növbələr
sistem tərəfindən avtomatik olaraq ləğv ediləcək.
Mənbə: https://muallim.edu.az/sagird-yerdeyismesi-muveqqeti-dayandirilir-9635


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)