2026-cı ildə tarix, texnologiya, musiqi, təsviri incəsənət və fiziki tərbiyə müəllimləri ilk dəfə sertifikatlaşdırma prosesinə cəlb olunacaqlar.
Sinxron Fənlər “Azərbaycan müəllimi” qəzetinə
istinadən məlumat verir ki, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin
test mərhələsi üzrə qiymətləndirmə çərçivəsinə əsasən, fiziki tərbiyə müəllimləri
üçün imtahan sualları üzrə mövzular təqdim edilmişdir.
Fiziki tərbiyə müəllimləri sertifikatlaşdırma
imtahanında 2 məzmun sahəsi üzrə ümumilikdə 50 suala cavab verməli olacaqlar.
Sualların məzmun sahələri üzrə bölgüsü aşağıdakı kimidir:
– İnformasiya təminatı və nəzəri biliklər - 30 sual
– Hərəki qabiliyyətlər - 20 sual
Məzmun sahələri üzrə mövzular
1. İnformasiya təminatı və nəzəri biliklər
1.1. Fiziki tərbiyənin nəzəriyyəsi və metodikası
– Fənnin məqsəd və vəzifələri
– Fəndə olan əsas anlayışlar
– Fiziki tərbiyənin əsas vasitələri
– Fiziki tərbiyənin formaları
1.2. Fiziki tərbiyə dərsinin təşkili və keçirilməsi
– Dərs zamanı təhlükəsizliyin təmin edilməsi
– Fiziki tərbiyə dərslərində istifadə olunan
resurslar və onların təyinatı
– Fiziki tərbiyə dərslərində istifadə olunan
metodlar və onların xüsusiyyətləri
– Dərs zamanı müəllim və şagird fəaliyyəti
1.3. Sağlamlıq
– Sağlamlıq və onun səviyyələri
– Sağlamlıq və onun möhkəmləndirilməsində hərəki fəaliyyətin
əhəmiyyəti
– Fiziki hərəkətlərin orqanizmə təsiri
– Fiziki hərəkətlərin gigiyenası
– Gün rejimləri
– Qidalanma, qida elementlərinin orqanizm üçün əsas
funksiyaları
– Orqanizmin möhkəmləndirmə vasitələri
1.4. Fiziki tərbiyə fənni üzrə qiymətləndirmə
– Diaqnostik qiymətləndirmə
– Fiziki inkişaf
– Funksional inkişaf
– KSQ və BSQ zamanı istifadə olunan hərəkətlər
1.5. Olimpiya hərəkatı
– Beynəlxalq olimpiya hərəkatı
– Azərbaycan olimpiya hərəkatı
1.6. İdman növləri, tarixi və oyun qaydaları
– Atletika
– Gimnastika
– Basketbol
– 3x3 basketbolu
– Voleybol
– Həndbol
– Futbol
– Futzal
– Badminton
– Şahmat
1.7. Sıra hərəkətləri
– Sıralar və onların idarə olunması
– Komandalar
– Yerində dönmələr
– Hərəkət (addımlama və ya qaçış)
1.8. İlk yardımın göstərilməsi
– Fiziki tərbiyə dərsində baş verə biləcək hallar
zamanı ilk yardım
– Zədələnmələr zamanı ilk yardım
– Qanaxmalar zamanı ilk yardım
– Sınıqlar zamanı ilk yardım
– Çıxıqlar zamanı ilk yardım
2. Hərəki qabiliyyətlər
Hərəki qabiliyyətlərin inkişaf etdirilməsi
– Hərəki qabiliyyətlər, tərkib komponentləri,
verilmiş hərəkətlərin hərəki qabiliyyət və komponenti ilə uyğunluğu
– Sürət qabiliyyəti
– Sürət-güc qabiliyyəti
– Əyilgənlik qabiliyyəti
– Qüvvə qabiliyyəti
– Çeviklik qabiliyyəti
– Dözümlülük qabiliyyəti
Mənbə:
https://muallim.edu.az/fiziki-terbiye-muellimlerinin-diqqetinesertifikasiya-movzulari-aciqlandi


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)