Təhsil haqqında dövlət sənədlərinin təsvirlərinin və
onların verilməsi qaydaları təsdiqlənib. Yeni qərara əsasən, təhsil haqqında
dövlət sənədləri və dublikatları elektron formada veriləcək.
Sinxron Fənlər “Azərbaycan müəllimi”nə istinadən məlumat
verir ki, bu barədə Baş nazir Əli Əsədov
Qərar imzalayıb.
Bununla əlaqədar “Təhsil haqqında dövlət sənədlərinin
nümunələri və onların verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Nazirlər
Kabinetinin 2010-cu il 29 aprel tarixli 82 nömrəli Qərarı ləğv edilib.
Yeni qaydalara əsasən, ali təhsil pilləsinin
bakalavriat, əsas (baza ali) tibb təhsili, magistratura və rezidentura səviyyələrində
təhsilini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş
İnformasiya Sistemi”ndə (TMİS) “Elektron imza və elektron sənəd haqqında”
qanunun tələblərinə uyğun olaraq elektron sənəd formasında yaradılan müvafiq təhsil
haqqında dövlət sənədi - diplom (diploma əlavə ilə birlikdə) veriləcək. Diplom
ali təhsil pilləsinin bakalavriat (əsas (baza ali) tibb təhsili), magistratura
və rezidentura səviyyələri üzrə təhsilalanlar təhsil müəssisəsini bitirdikdən
sonra 10 iş günü müddətində hazırlanacaq. Bu Qayda qüvvəyə mindiyi tarixədək
verilmiş təhsil haqqında dövlət sənədləri itirildikdə, korlandıqda və ya məhv
olduqda, diplomalanın müraciətinə əsasən elektron sənəd formasında yaradılan
diplomun dublikatı veriləcək.
Orta ixtisas təhsilini bitirən şəxslərə
qanunvericiliklə müəyyən edilmiş qaydada TMİS-də elektron sənəd formasında
yaradılan müvafiq təhsil haqqında dövlət sənədi - diplom (diploma əlavə ilə
birlikdə) veriləcək. Bu Qayda qüvvəyə mindiyi tarixədək verilmiş təhsil
haqqında dövlət sənədləri itirildikdə, korlandıqda və ya məhv olduqda,
diplomalanın müraciətinə əsasən elektron sənəd formasında yaradılan diplomun
dublikatı təqdim olunacaq.
Peşə təhsilini bitirən şəxslərə qanunvericiliklə müəyyən
edilmiş qaydada TMİS-də elektron sənəd formasında yaradılan müvafiq təhsil
haqqında dövlət sənədi - diplom (diploma əlavə ilə birlikdə), qısamüddətli
kursları bitirən şəxslərə
isə təhsil haqqında dövlət sənədi - sertifikat
veriləcək. Bu Qayda qüvvəyə mindiyi tarixədək verilmiş təhsil haqqında dövlət sənədləri
itirildikdə, korlandıqda və ya məhv olduqda, diplomalanın (sertifikatalanın)
müraciətinə əsasən elektron sənəd formasında yaradılan diplomun (sertifikatın)
dublikatı təqdim olunacaq.
Ümumi təhsil müəssisələrini ümumi təhsil pilləsinin
ümumi orta və tam orta təhsil səviyyələri üzrə bitirən, həmçinin peşə təhsili
müəssisələrində peşə təhsili ilə yanaşı tam orta təhsil almış şəxslərə
qanunvericiliklə müəyyən edilmiş qaydada TMİS-də elektron sənəd formasında
yaradılan müvafiq təhsil haqqında dövlət sənədi – attestat (attestata əlavə ilə
birlikdə) veriləcək. Bu Qayda qüvvəyə mindiyi tarixədək verilmiş təhsil
haqqında dövlət sənədləri itirildikdə, korlandıqda və ya məhv olduqda
attestatalanın (attestatalanın valideynlərinin və ya digər qanuni nümayəndələrinin)
müraciətinə əsasən elektron sənəd formasında yaradılan attestatın dublikatı təqdim
olunacaq.
Mənbə:
2.https://nk.gov.az/az/senedler/qerarlar/tehsil-haqqinda-dovlet-senedlerinin-tesvirlerinin-9253


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)