31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayram kimi dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur. Yeni il isə ikinci bayram kimi qeyd olunur. Həmrəylik gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş, Azərbaycan əsilli insanlar da qeyd edirlər. Azərbaycanlılar minilliklər boyu özlərinin doğma torpağı olan tarixi Azərbaycan ərazisində yaşayaraq dünya sivilizasiyasına böyük töhfələr vermişlər. Müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən müxtəlif ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanmış, azərbaycanlıların bir qismi öz yurd-yuvalarından didərgin salınmış, deportasiyalara məruz qalmış, bir-birindən ayrı düşmüşdür. Lakin bu parçalanma xalqımızın nə dilinə, nə dininə, nə də ki, mədəniyyətinə təsir edə bilməmişdir.
Həmrəylik günü birləşmək istəyinin simvolik
nişanıdır.
Əziz Azərbaycan xalqım sizləri Həmrəylik Günü və
Yeni il münasibətilə təbrik edirəm!
Qoy qarşıdan qələn yeni-2026-cı il xalqımız üşün
daha düşərli olsun!
#HəmrəylikGünü #Yeniil2026 #SinxronFenler
#SeyyubAsadov


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)