2026-cı ildə tarix, texnologiya, musiqi, təsviri incəsənət və fiziki tərbiyə müəllimləri ilk dəfə sertifikatlaşdırma prosesinə cəlb olunacaqlar.
“Azərbaycan müəllimi” sertifikatlaşdırmanın test mərhələsi
üzrə qiymətləndirmə çərçivəsinə əsasən texnologiya müəllimləri üçün imtahanda
yer alacaq mövzuları təqdim edir.
Texnologiya müəllimləri sertifikasiya imtahanında 4
məzmun sahəsi üzrə ümumilikdə 50 suala cavab verməli olacaqlar. Sualların
bölgüsü aşağıdakı kimidir:
– Emal texnologiyaları – 17 sual
– Texnika elementləri – 13 sual
– Məişət mədəniyyəti – 12 sual
– Qrafika – 8 sual
Məzmun sahələri üzrə mövzular
1. Emal texnologiyaları
Oduncağın emalı texnologiyası
Metalın emalı texnologiyası
Ağac və metalın bədii emalı texnologiyası
Ərzaq (qida) məhsullarının emalı texnologiyası
Parçanın emalı texnologiyası və naxıştikmə
Parçadan hazırlanmış məmulatlara qulluq
texnologiyası
Konstruksiya materiallarından məmulatların
hazırlanma texnologiyası
Plastik kütlə və ondan məmulatların hazırlanma
texnologiyası
2. Texnika elementləri
Elektrotexniki işlər
Texnoloji maşınların, mexanizmlərin, cihaz və dəzgahların
quruluşu və iş prinsipi
Elektron texnologiyaları
3. Məişət mədəniyyəti
Davranış və ünsiyyət mədəniyyəti
Sadə təmir işləri
Yaşayış yerinin interyerinin formalaşdırılması
Plastik kütlədən olan pəncərələrin konstruktiv
elementləri və təmiri texnologiyası
Tərəvəzlərin becərilməsi, meyvə ağaclarının əkilməsi
və meyvələrin saxlanma texnologiyası
Ev quşlarının bəslənməsi, ev heyvanlarına qulluq və
yem tədarükü texnologiyası
4. Qrafika
Qrafik savad elementləri
İnsan həyatında texnologiya və məmulatların
hazırlanma mərhələləri
Məmulatın qrafik təsviri, ölçmə və nişanlama alətləri
Məmulatların konstruksiya edilməsi, düzbucaqlı və
müxtəlif formalı detalların çertyoju
Quraşdırma elementləri olan məmulatların
spesifikasiyası, yuvarlaq səthli detalları olan məmulatların çertyojunun
oxunması
Müxtəlif birləşmələri olan məmulatların yığma
çertyoju və spesifikasiya
Mənbə:
https://muallim.edu.az/texnologiya-muellimlerinin-nezerinesertifikasiya-movzulari-aciqlanib


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)