Qədim Roma tarixinin ən mühüm dövrlərindən biri olan Roma imperiyası dövrü eradan əvvəl 27-ci ildə başlamışdır. Bu, həyatın müxtəlif sahələrində ən böyük genişlənmə və çiçəklənmə dövrü idi. Lakin 375-ci ildə Hunlar Avropaya yürüşü ilə “Xalqların böyük köçü” nün başlanğıcını qoydular.
Axrıncı dəfə hər iki imperiyanın idarəsini az müddətdə
Fedosi (379-395) birləşdirə bildi. Roma
imperiyası mövcud şəraitdə artıq vahid bir qurum kimi mövcud ola bilmədi.
395-ci ildə onun ölümündən sonra 17 yanvar 395-ci ildə Qərbi Roma imperiyası (paytaxt:
Roma şəhəri) və Şərqi Roma imperiyasına (paytaxt: Kostantinopol - İstanbul şəhəri)
parçalanaraq Fedosinin iki oğlu arasında
bölüşdürüldü. 476-cı ildə Qərbi Roma imperiyasına sonuncu zərbə vuruldu.
Qotların başçısı Odoakr Roma şəhərinə hücum etdi. Sonuncu Qərbi Roma imperatoru
Romul taxtdan salındı. 476-cı ildə baş verən Qərbi Roma imperiyasının süqutu
bütövlükdə Roma imperiyasının və Qədim Dünya
tarixinin sonu hesab olunur.
Şərqi Roma imperiyası isə 395-ci ildən 1453-cü ilədək
öz mövcudluğunu saxladı və Bizans imperiyası kimi tanındı.


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)