“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 23
dekabr tarixli 321-VIIQD nömrəli Qanununun tətbiqi və “Ümumi təhsil haqqında”
Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli Qanununun
tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 may tarixli
711 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
15 yanvar 2026, 15:01
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Ümumi təhsil haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan
Respublikasının 2025-ci il 23 dekabr tarixli 321-VIIQD nömrəli Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara
alıram:
1. Müəyyən edilsin ki:
1.1. “Ümumi təhsil haqqında” Azərbaycan
Respublikası Qanununun 27.4-cü maddəsinin birinci və üçüncü cümlələrində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan
Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 27.4-cü maddəsinin üçüncü cümləsində
“orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə
tutulur;
1.3. həmin Qanunun 27.4-cü maddəsinin birinci cümləsində
“orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi nəzərdə
tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. “Ümumi təhsil haqqında” Azərbaycan
Respublikası Qanununun 27.4-cü maddəsinin üçüncü cümləsinə uyğun olaraq, müəllimlərin
işə qəbulu ilə bağlı müsabiqədə iştirak etmək üçün ödənişin məbləğini üç ay
müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.2. həmin Qanundan irəli gələn digər məsələləri həll
etsin.
3. “Ümumi təhsil haqqında” Azərbaycan
Respublikasının 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli Qanununun tətbiqi
barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 may tarixli 711
nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, №
5, maddə 863 (Cild I) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
3.1. 2.1-ci bəndə “27.3-cü maddələrində,” sözlərindən
sonra “27.4-cü maddəsinin birinci və üçüncü cümlələrində,” sözləri əlavə
edilsin;
3.2. 2.2-ci bəndə “27.2.4-cü maddələrində,” sözlərindən
sonra “27.4-cü maddəsinin üçüncü cümləsində,” sözləri əlavə edilsin;
3.3. 2.4-cü bəndə “27.3-cü maddələrində” sözlərindən
sonra “, 27.4-cü maddəsinin birinci cümləsində” sözləri əlavə edilsin.
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 yanvar 2026-cı il
Mənbə: https://president.az/az/articles/view/71306
Şəkil: https://modern.az/


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)