Orta əsr müharibələri ilə bağlı ən davamlı miflərdən biri həlledici amilin “ən uzaq məsafəli ox” atılması fikridir. Buna görə də sonsuz mübahisələr yaranmışdır: ingilislər, monqollar (P.S.türklər) , farslar - kim daha ən uzaq məsəfəyə ox atıb? Bu müzakirənin əsl müharibə ilə heç bir əlaqəsi yoxdur.
Döyüşdə, demək olar ki, heç vaxt həddindən artıq məsafədə
yaylardan istifadə edilmirdi. Əsl effektiv atış məsafəsi 50-120 metr olmuşdur.
Məhz bu məsafədə atəşin idarəolunması, vuruş sıxlığı və oxun öldürücü təsiri
qorunur. Bundan kənara çıxan hər şey güc nümayişi, sahə atəşi və ya psixoloji təzyiqdir.
300 metrdə dəqiq atəş mümkün deyil. Ox bu məsafəyə çata bilər, amma əsas olan “uzaq
məsafələr” deyil, vuruşlardır.
Buna görə də, rekord məsafədən danışmaq, niyə atəş
açdıqlarını heç düşünməyən insanların danışığıdır. Müharibə atış yarışı deyil,
düşməni məğlub etmək üçün bir sistemdir. Köçəri orduları bunu oturaq həyat
keçirənlərdən daha yaxşı başa düşürdülər. Onlar üçün vacib olan maksimum məsafə
deyil, atəş sürəti, hərəkətlilik, hərəkət zamanı atəş açmaq, məsafəni tez dəyişdirmək
və hücumları cəmləşdirmək qabiliyyəti idi. Monqollar (P.S. türklər) qalib gəlmədilər, çünki yayları “ən uzağa atəş
açırdı”. Onlar qalib gəldilər, çünki döyüşün kəsildiyi yerə - atlara,
cinahlara, qırılmış xətlərə atəş açırdılar. Onlar elə bir məsafə təyin edirdilər
ki, süvarilər düşməni ən uzun müddət “ötməyə” çalışmaq əvəzinə, onları yararsız
hala gətirirdilər.
Avropa hərb mədəniyyəti uzun müddət birbaşa
qarşıdurma məntiqi ilə idarə olunurdu: ön, zərbə, şərəf və atı qorumaq. Bu, çöl
taktikalarına zidd deyildi. Bir cəngavər qəfildən özünü zirehli olsa da, piyada
olduqda, yayın məsafəsi məsələsi əhəmiyyətsiz hala gəlirdi - cəngavər sadəcə 20
metrlik atış məsafəsi üçün ölümcül hədəfə çevrilirdi.
Buna görə də, düzgün sual “kimin yayı daha
yaxşıdır?” deyil, silahları döyüş
sisteminə necə çevirməyi kimin bildiyidir.
Burada XIII əsrin köçəri orduları
“barbar" deyil, sadəcə daha rasional olduqları ortaya çıxır.
Mənbə: https://bit.ly/3MTOTKb
Rus dilindən tərcümə:
Əsədov Seyyub Əsəd oğlu-Şirvan şəhər T. Bağırov
adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin
(2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı
İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji
Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi,
Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi
(“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).
İstinad:


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)