Məlum olduğu kimi, gələn il tarix müəllimləri ilk dəfə sertifikatlaşdırma prosesinə cəlb olunacaqlar.
Sinxron Fənlər “Azərbaycan müəllimi” qəzetinə
istinadən məlumat verir ki, tarix müəllimləri üçün sertifikatlaşdırmanın test mərhələsində
tarix fənni üzrə sual sayı aşağıdakı nisbətdə olacaq:
➢ Tarixi zaman – 11
➢ Tarixi məkan – 11
➢ Dövlət – 11
➢ Şəxsiyyət – 11
➢ Mədəniyyət – 6
Ümumilikdə 60, fənn üzrə 50, Metodika və pedaqogika
üzrə isə 10 sual salınacaq.
Məzmun sahələri üzrə mövzular bunlardır:
❖ Giriş
➢ Tarix elminin əsas anlayışları
➢ Tarix elminin əsas zaman ölçü vahidləri
➢ Zaman oxu üzərində il hesabının aparılması
❖ Azərbaycan tarixi
➢ Azərbaycan ən qədim zamanlardan - eranın III əsrinədək
➢ Azərbaycan III-XI əsrlərdə
➢ Azərbaycan XII-XV əsrlərdə
➢ Azərbaycan XVI-XVIII əsrlərdə
➢ Azərbaycan XIX əsr - 1918-ci illərdə*
➢ Azərbaycan 1918 - 1920-ci illərdə*
➢ Azərbaycan 1920 - 1991-ci illərdə*
➢ Azərbaycan 1991 - 2025-ci illərdə
➢ Azərbaycan mədəniyyəti ən qədim zamanlardan müasir
dövrədək
❖ Ümumi tarix
➢ Qədim Şərq sivilizasiyaları: Qədim Misir. Qədim İkiçayarası: Şumer. Babil. Qədim Hindistan. Qədim
Çin. Mədəniyyət
➢ Avropa qədim dövrdə: Qədim Yunanıstan. Makedoniya
imperiyası və onun parçalanması. Qədim Roma. Mədəniyyət
➢ Qədim türklər: Böyük (Asiya) Hun imperiyası
➢ Türk dövlətləri IV-XVI əsrlərdə: Xalqların böyük
köçü. Avropa Hun dövləti. Ağ Hun dövləti. Göytürk, Uyğur və Xəzər xaqanlıqları.
Qəznəli və Qaraxanlı dövlətləri. Böyük Səlcuq dövləti. Osmanlı imperiyası.
Teymuri dövləti. Dehli sultanlığı. Böyük Moğol dövləti
➢ Asiya ölkələri VI-XVI əsrlərdə: Ərəblər. İslam dini.
Xilafət. Böyük Monqol imperiyası. Qızıl Ordu
➢ Avropa ölkələri V-XVI əsrlərdə: Feodal münasibətlərinin
meydana gəlməsi. Frank dövləti. Avropa IX-XI yüzilliklərdə. Vikinq yürüşləri.
Bizans imperiyası. Xaçlı yürüşləri. Rekonkista. Qərbi Avropada mərkəzləşmiş
dövlətlərin yaranması. İngiltərə. Fransa. Müqəddəs Roma imperiyası. Reformasiya
hərəkatı. Otuzillik müharibə. Texniki ixtiralar. Böyük coğrafi kəşflər və müstəmləkə
işğalları. Moskva knyazlığı. Qazan, Həştərxan və Sibir xanlıqlarının işğalı
➢ XI-XVI əsrlərdə Avropa və Asiya xalqlarının mədəniyyəti
➢ Türk dövlətləri XVII-XX əsrin əvvəllərində: Osmanlı
imperiyası
➢ Avropa ölkələri və ABŞ XVII-XX əsrin əvvəllərində:
İngiltərə. Fransa. Almaniya. Rusiya. Müridizm hərəkatı. Şimali Amerikada
ingilis koloniyaları. ABŞ
➢ Asiya ölkələri XIX əsrin ikinci yarısı – XX əsrin əvvəllərində:
Hindistan. Çin. Yaponiya
➢ XIX – XX əsrin əvvəllərində dövlətlərarası münasibətlər
➢ Birinci Dünya müharibəsi və onun nəticələri
➢ ABŞ və Avropa ölkələri 1918-1945-ci illərdə:
VersalVaşinqton sistemi. ABŞ. Almaniya. Böyük Britaniya. İtaliya. SSRİ
➢ Türk dövlətləri 1918 – 1945-ci illərdə: Türkiyə
➢ XX əsrin 20-30-cu illərində dövlətlərarası münasibətlər
➢ İkinci dünya müharibəsi və onun nəticələri
➢ ABŞ və Avropa ölkələri İkinci Dünya müharibəsindən
sonra: ABŞ. Böyük Britaniya. Fransa. Almaniya. SSRİ. Rusiya Federasiyası
➢ Asiya ölkələri İkinci Dünya müharibəsindən sonra:
Hindistan. Pakistan. İraq. İraq türkmənləri. İsrail-ərəb münaqişəsi. Çin.
Yaponiya. Koreya
➢ Türk dövlətləri İkinci Dünya müharibəsindən sonra:
Türkiyə
➢ Soyuq müharibə və müasir dövrdə dövlətlərarası
münasibətlər
Qeyd:
Ulduzla (*) işarələnmiş bölmələr mövcud dərsliklərə
uyğun olaraq Şimali və Cənubi Azərbaycan tarixinə aid mövzuları əhatə edir.


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)