Şirvan şəhəri 11 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilən konfransda Şirvan-Salyan Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Mahir Zahidov, Şirvan şəhəri üzrə təhsil sektorunun müdiri Varis Qasımlı və rayonun ümumtəhsil məktəblərinin valideyn komitə sədrləri, valideynlər və təhsil müəssisələrinin rəhbərləri, psixoloqlar iştirak ediblər.
Konfransda
bütün ümumtəhsil müəssisələrində tətbiq olunan şagird davranış qaydalarından, rəqəmsal
dövrün uşaqlarından, onların telefondan asılılığını azaltmaq üçün valideyn məsuliyyətinin
artırılmasının vacib olduğu xüsusi vurğulanıb. Həmçinin valideynlərə övladlarının
internet və sosial şəbəkə aslılığını minimuma endirməklə, bu aslılığı aradan
qaldırmağın vacib olduğu, məktəblə əməkdaşlığın daha sıx aparılmasının
vacibliyi konfrans iştirakçılarının nəzərinə çatdırılaraq, valideyn-məktəb əməkdaşlığının
şagirdlərin təlim-tərbiyəsinin daha da inkişaf etməsinə xidmət edən amillərdən
olduğu bildirilib.
Gələcəkdə
bu kimi konfransların mütəmadi olaraq keçirilməsinin nəzərdə tutulduğu,
valideynlərlə birgə fəaliyyətin genişləndirilməsi, açıq dialoqun qurulması və
sağlam əməkdaşlığın möhkəmləndirilməsi
baxımından faydalı və əhəmiyyətli olacağı konfrans iştirakçılarının nəzərinə
çatdırılıb.
Valideyn
konfranslarının əsas məqsədi məktəb ilə ailə arasında əməkdaşlığı gücləndirməklə
şagirdlərin hərtərəfli inkişafını təmin etmək, həmçinin valideyn iştirakını
sistemli şəkildə təşviq etməkdir.
Şirvan
şəhərində keçirilən konfransla Şirvan-Salyan RTİ üzrə ilk regional konfrans fəaliyyətini
başa çatdırıb. Valideynlər arasında keçirilmiş sorğuların nəticəsi təhlil
olunduqdan sonra davamlı olaraq aktual mövzularla bağlı valideyn
konfranslarının davamlı şəkildə keçirilməsi nəzərdə tutulub.
#ŞirvanSalyanRTİ #ValideynKonfransı
Mənbə:https://www.facebook.com/ShirvanSalyanregionaltehsilidaresi


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)