Cordano Bruno (it. Giordano Bruno, fevral 1548
- fevral 1600), italyan filosof-panteisti və şairi.
Vyaçeslav
Qafarov yazır:
Hər şey sadədir: bir çox dünya var (və o vaxtlar
onların yaşadığı düşünülürdü), bəs Xilaskar necə olacaq? Hər dünyanın öz
dünyası varmı, yoxsa nə? Əgər belədirsə, onda Yer üzündəki “təmiz mayalanma”,
iki və ya üç barmaqla xaç vurmaq və “müqəddəs ruhun” ata və oğuldan, yoxsa sadəcə
atadan çıxması ilə bağlı bütün mübahisələr əhəmiyyətsiz görünür. Lakin bu cəfəngiyata
görə Brunonun həyatı boyu ( əvvəl və sonra) qan çayları axırdı. O, bu dəliliyə və çılğınlığa qarşı səsini
qaldırmağa çalışdı və bu səbəbdən bütün dinlərin nümayəndələri tərəfindən təqib
edildi və katoliklər hətta onu diri-diri yandırdılar.
P.S.
Bəs sizcə necədir?
Məktəb proqramından xatırladığımız kimi, Cordano Bruno Kopernikin
heliosentrik sisteminin tərəfdarı olduğuna, yəni Yerin Günəş ətrafında
fırlandığını iddia etdiyinə görə İnkvizisiya (kilsə məhkəməsi) tərəfindən
tonqalda yandırılmışdı. Əslində, bu geniş yayılmış mifin yalnız bir hissəsi
doğrudur: Cordano Bruno həqiqətən də 1600-cü ildə İnkvizisiya tərəfindən
yandırılmışdır. Qalan hər şeyin aydınlaşdırılması tələb olunur.
Birincisi, Brunonu gənc adlandırmaq mümkün deyildi.
Nolanın (İtaliyanın Nola şəhərində anadan olub) XIX əsrə aid olan oyma üzərində
şəkli onu həqiqətən də gənc göstərir, lakin edam edildiyi zaman o, 52 yaşında
idi və o dövrdə kifayət qədər inkişaf etmiş hesab olunurdu. İkincisi, onu alim
adlandırmaq mümkün deyil. Cordano Bruno Avropanı gəzən, çoxsaylı universitetlərdə
dərs deyən (bidətçi baxışlarına görə tez-tez qalmaqallı şəkildə universitetdən
qovulmuşdu) və iki dissertasiya müdafiə edən səyyah dominikan rahibi və
filosofu idi.
Bəlkə də bir neçə əsr əvvəl onu alim adlandırmaq
olardı, amma onun dövründə elmi əsərlərdəki fərziyyələr riyazi təsdiq tələb
edirdi. Brunonun əsərləri elmi traktatlar kimi deyil, məcazi, poetik formada
yazılmışdı. O, kainatın sonsuz və sərhədsiz olduğunu, ulduzların planetlərin ətrafında
fırlandığı uzaq günəşlər olduğunu, digər yaşayış dünyalarının mövcud olduğunu və
sair iddia etdiyi 30-dan çox əsər yazmışdır. Kopernikin heliosentrik sistemi
sadəcə onun dini və fəlsəfi konsepsiyalarını tamamlayırdı. Bruno Kopernik,
Qalileo, Nyuton və digər alimlərin etdiyi mənada elmi tədqiqatlarla məşğul
olmurdu.
Nolanlı Bruno özünü əsasən dini islahatlara yönəlmiş
dini təbliğatçı hesab edirdi. Alimin kilsəyə və ruhanilərə qarşı çıxdığına dair
geniş yayılmış inancın əksinə olaraq, o, ateist deyildi. Bu mübahisə elmlə din
arasında münaqişə deyildi. Baxışlarının radikal təbiətinə baxmayaraq, Cordano Bruno öz dövrünün dininin çoxsaylı
çatışmazlıqlarına inansa da, inanclı olaraq qalırdı. O, xristianlığın əsas
ehkamlarına - Məsum Məryəmə, Məsihin ilahiliyinə qarşı çıxırdı.
1592-ci ildə Venesiya aristokratının mnemonika (əzbərləmə
sənəti) müəllimi Bruno Nolalıya qarşı yazdığı bir ifşada onun bidətçi baxışlara
sahib olduğu bildirilirdi: “Məsihin xəyali möcüzələr göstərdiyi və həvarilər
kimi sehrbaz olduğu və özünün də eyni şeyi, hətta onlardan daha çoxunu etmək
üçün ruhu olduğu; Məsihin öz iradəsi ilə ölmədiyi və bacardığı qədər ölümdən
qaçmağa çalışdığı; günahların cəzasının olmadığı; təbiət tərəfindən yaradılan
ruhların bir canlıdan digərinə keçdiyi; heyvanların pozğunluqla doğulduğu kimi,
insanlar da eyni şəkildə doğulduğu, ... teoloji mübahisələrin dayandırılmalı və
rahiblərin gəlirlərinin əlindən alınmalı, çünki onlar dünyanı rüsvay edir”.
Cordano Bruno üçün elmi deyil, dini və fəlsəfi fikirlər ilk növbədə fundamental
əhəmiyyət kəsb edirdi.
Brunonun inkvizisiya məhkəməsi səkkiz il davam etdi
və bu müddət ərzində onu bidətçi iddialarının ziddiyyətlərlə dolu olduğuna
inandırmağa çalışdılar. Lakin rahib öz baxışlarından imtina etməkdən imtina
etdi və inkvizisiya tribunalı onu “tövbə etməyən, inadkar və sarsılmaz bidətçi”
elan etdi. Bruno dini rütbəsindən məhrum edildi, kilsədən qovuldu və dünyəvi
hakimiyyət orqanlarına təhvil verildi. Onun hökmündə heliosentrik nəzəriyyədən
heç bir söz deyilmədi; o, xristianlığın doqmalarını inkar etməkdə ittiham
edildi. Kopernikin ideyaları o dövrdə kilsə tərəfindən dəstəklənməsə də,
onların tərəfdarları təqib edilmədi və ya tonqalda yandırılmadı. Lakin Bruno
mahiyyət etibarilə Tanrının hər şeyə qadir olduğunu inkar etdiyi üçün
xristianlığın təməllərini sarsıtmaqla hədələyən yeni bir dini və fəlsəfi
doktrina yaratmışdı. Buna görə də o, alim kimi deyil, bidətçi kimi cəzalandırıldı.
1600-cü ilin fevral ayının ortalarında “qan tökülmədən
cəza” həyata keçirildi. Heç vaxt öz baxışlarından əl çəkməyən Cordano Bruno
Romada tonqalda yandırıldı. 1889-cu ildə həmin ərazidə “Cordano Bruno - onun əvvəlcədən
gördüyü əsrdən, onun yandırıldığı yerdə” yazısı olan bir abidə ucaldıldı. Kilsə
bir neçə əsr sonra Qalileyi rabilitasiya edilsə də, Bruno hələ də dönük və
kafir hesab olunur.
Cordano Brunodan əlavə, Qalileo Qaliley və Kopernik
də heliosentrik sistemin tərəfdarları olduqları üçün, məşhur təsəvvürdə bu üç
tarixi şəxsiyyət tez-tez birləşdirilir və elmi dünyada zarafatla “Nikolay
Brunoviç Qaliley” adlandırılırlar. Məşhur “...hər halda yenə də hərəkət edir”
ifadəsi onların hamısına aid edilir, baxmayaraq ki, əslində bu ifadə Qalileo
haqqında bir əsərdə çox sonralar yaranıb. Ölümündən əvvəl, əfsanəyə görə, Bruno
yenə də demişdi: “Yanmaq təkzib etmək deyil”.
Mənbə: https://bit.ly/4oTXoSQ
Rus dilindən tərcümə etdi:
Əsədov Seyyub Əsəd oğlu-Şirvan şəhər T. Bağırov
adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin
(2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı
İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji
Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi,
Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi
(“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).
İstinad: https://multiurok.ru/files/cordano-bruno-slind-niy-yandirilib.html



UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)