Bütün müəllimlərə: Yeni iliniz mübarək! “2026-cı il üçün əyləncəli təqvim”


 

Müəllim üçün hər yeni il sadəcə tarixlərin dəyişməsi deyil, planlar, ümidlər və əlbəttə ki, güc sınağı ilə dolu yeni bir dövrdür. Ən işlək günlərdə belə ilham və şən qalmaq üçün gülümsəmək və pozitiv olmaq üçün bir səbəb tapmaq vacibdir. Sizə “2026-cı il üçün əyləncəli təqvim”i təqdim etməkdən məmnunuq. Bu, sizin sadiq yoldaşınız və gündəlik xoş əhval-ruhiyyə mənbəyiniz olacaqdır. Təqvimin səhifələrində məktəb həyatı haqqında xoş zarafatlar və gülməli illüstrasiyalar toplanmış  və sizə ən çətin işlərdə belə həmişə yumor üçün yer olduğunu xatırlatmaq istəmişik.

Bu təqvimi yığmaq çox asandır. Təqvim hər biri iki ayı əhatə edən altı vərəqdən ibarətdir. Sadəcə onları çap edin, xətlər boyunca diqqətlə qatlayın və bərkitmək üçün yuxarı hissəsində deşiklər açın. Nəticədə qələm və karandaş tutacağı kimi də istifadə edilə bilən rahat bir masaüstü format əldə etmiş olacaqsınız. Bu təqvim təkcə sizin üçün deyil, həm də həmkarlarınız üçün əla suvenir ola bilər.

Əziz həmkarlar! 2026-cı il sevincli hadisələr və nümunəvi şagirdlərlə dolu bir il olsun.

Sizə tükənməz enerji, öz-özünə yazılmış hesabatlar 😀 və hər gün gülümsəmək üçün bir səbəb arzulayırıq.

Yeni ildə sizə cansağlığı, harmoniya və yalnız xoşbəxt anlar arzulayırıq!

Hörmətlə: videouroki.net ailəsi

Təqvimi yükləmək üçün link:

https://videouroki.net/blog/vsiem-uchitieliam-k-novomu-ghodu-viesiolyi-kaliendar-na-2026-ghod.html

Rus dilindən tərcümə:

Əsədov Seyyub Əsəd oğlu-Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).

Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.