Kənd məktəblərində işləyən gənclər üçün stimullaşdırıcı mexanizmlər gücləndirilməlidir - Deputat


“Kənd məktəblərinə kadr axınının stimullaşdırılması məqsədilə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş 9,9 min nəfərdən artıq gənc mütəxəssisin regionlarda işə cəlbi üçün yol xərcləri, ilkin yaşayış şəraitinin yaradılması və digər sosial dəstək tədbirləri üzrə 20 milyon manat ayrılıb”.

Sinxron Fənlər “Azərbaycan müəllimi” qəzetinə istinadən məlumat verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov bugünkü plenar iclasda “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, gəncləri bölgələrdə işləməyə həvəsləndirilmək üçün yalnız təbliğat kifayət etmir, əlavə güzəşt və sosial dəstəklər böyük rol oynayır:

“Kənd rayonlarına gənc mütəxəssislərin cəlb olunmasını çətinləşdirən bütün maneələr aradan qaldırılmalıdır. Bu məqsədlə həm sosial dəstəyin, həm də stimullaşdırıcı mexanizmlərin gücləndirilməsi vacibdir”.

Mənbə:

https://muallim.edu.az/anar-isgenderov-gencleri-bolgelerde-islemeye-heveslendirilmek-ucun-tebligat-kifayet-etmir

Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.