“Vətən Müharibəsi Qəhrəmanı” yüksək addır, yoxsa “Milli Qəhrəman”?


 

“Azərbaycanın Milli Qəhrəmanı” adı 25 mart 1992-ci il-ci ildə təsis olunub.

“Vətən Müharibəsi Qəhrəmanı” adı isə 20 noyabr 2020-ci il tarixində təsis olunub.

“Vətən Müharibəsi Qəhrəmanı” adı İkinci Qarabağ müharibəsində qələbə münasibətilə təsis edilib. Bu fəxri ad Azərbaycanın ən ali fərqlənmə dərəcəsidir.

“Vətən Müharibəsi Qəhrəmanı” adı eyni şəxsə bir dəfə verilir.

“Vətən Müharibəsi Qəhrəmanı” adı almış şəxslər qanunla müəyyənləşdirilmiş güzəştlərdən istifadə edir.

"Vətən Müharibəsi Qəhrəmanı" adına azı 83 nəfər layiq görülüb. “Vətən Müharibəsi Qəhrəmanı” adı verilən hərbçilərin 34 nəfəri döyüşlərdə şəhid olub, 49 nəfər isə sağdır.

“Vətən Müharibəsi Qəhrəmanı" adı almış şəxslərə Prezident təqaüdü verilir.  Həmin təqaüdün məbləği 2200 manatdır.

“Azərbaycanın Milli Qəhrəmanı” adı respublikanın ikinci yüksək fərqlənmə dərəcəsidir.

“Azərbaycanın Milli Qəhrəmanı” adı eyni şəxsə bir dəfə verilir.

Azərbaycanın Milli Qəhrəmanı qanunvericiliklə müəyyənləşdirilmiş güzəştlərdən istifadə edir.

Hazırda Azərbaycanın Milli Qəhrəmanlarının sayı 224 nəfərdir. Onlardan 15 nəfəri sağdır, qalanlar ya şəhdi olublar, ya da sonradan vəfat ediblər.

“Azərbaycanın Milli Qəhrəmanı” adı almış şəxslərə də Prezident təqaüdü verilir. Həmin təqaüdün məbləği 2000 manatdır.

Beləliklə, qanunvericiliyə görə, “Vətən Müharibəsi Qəhrəmanı” adı “Azərbaycanın Milli Qəhrəmanı” adından bir pillə yüksəkdir.

“Vətən Müharibəsi Qəhrəmanı” medalı döşün sol tərəfinə, digər orden və medallardan yuxarıda taxılır.

Ondan aşağı “Azərbaycanın Milli Qəhrəmanı”nın “Qızıl Ulduz”u taxılır.

“Qızıl Ulduz”dan aşağıda “Vətən uğrunda” medalı taxılır.

Mənbə: https://bit.ly/4hWWYt8

Foto internetə məxsusdur.

Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.