Çingiz xan dövründə (1206-1227) Orxon çayı sahilində yerləşən Qaraqorum şəhəri mərkəz olmaqla Monqol dövləti təşkil edilmişdi. Monqol imperiyası yaranmazdan əvvəl hərbi qənimətlərin mənbəyi köçəri əyanlar üçün monqol tayfa ittifaqları arasında gedən daimi müharibələr idi. Monqolustanın Çingiz xan dövründə siyasi birləşməsi əyanlar tərəfindən bir şərtlə müdafiə edilirdi ki, hərbi qənimətlər mənbəyi olan müharibələr dayandırılmasın, əksinə geişləndirilsin. Məhz buna görə Çingiz xan lap əvvəldən köçəri feodal əyanlara arxalanaraq geniş işğalçılıq yoluna düşür. Bu işğallar köçəri əyanlara ara müharibələrindən də artıq hərbi qənimətlər ələ keçirməyə imkan verirdi. Bundan başqa monqol feodalları qonşuluqda yerləşən zəngin əkinçilik və mədəni ölkələrin xalqlarını istismar etmək imkanı qazanırdılar. Digər tərəfdən maldarlıq təsərrüfatı olan əyanlar yeni otlaq sahələri ələ keçirmiş olurdular.
Çingizin böyük oğlu Cuci 1227-ci ilin fevralında,
atasının ölümündən 6 ay əvvəl öldüyü üçün onun payı oğlu Batı xana keçir. Cuci
ulusu adlandırılan bu ərziyə Qərbi Sibir və Dəsti-Qıpçaq düzü, eləcədə Cənubi
Rusiya (Xarəzm daxil olmaqla) aid idi. Batı xan Cənubi Rusiyada Göy Orda
adlanan dövlət yaratdı. Məhz bu dövlət gələcək Qızıl Ordanın nüvəsini təşkil
etmişdi. Cucinin digər oğlu isə Qərbi Sibirdə Ağ Orda adlanan dövlətin əsasını
qoymuşdu.
Cucinin
oğlanları: şəcərə, uluslar və siyasi irs
Çingiz xanın Börtedən olan böyük oğlu Cuci Monqol
imperiyasının qərb uluslarının hökmdarı təyin edildi və tarixi ədəbiyyatda Cuci
ulusu kimi tanınan sülalənin banisi oldu. Onun nəslindən olanlar Qızıl Ordanın formalaşmasında və daha sonra
Avrasiyada müxtəlif türk dövlətlərinin inkişafında əsas rol oynamışlar.
Mənbələrdə Cucinin 14-16 oğlunun adı çəkilir, baxmayaraq
ki, dəqiq siyahılar salnamələrdən asılı olaraq dəyişir. Tarixi və siyasi
baxımdan ən əhəmiyyətliləri aşağıdakılar idi:
Batı (Batu)
Qızıl Ordanın qurucusu. 1240-cı illərdə o, Rusiya və Şərqi Avropaya
qarşı genişmiqyaslı bir yürüşə rəhbərlik etmiş və mərkəzi Saray - Batı şəhəri
olan Qərbi Cuci (Göy Orda) ulusunu
yaratmışdır.
Cucinin böyük oğlu Orda (Orda-Edjen), “Böyük
Orda”nın və ya Cuci ulusunun (Ağ Orda) Şərq Qanadının qurucusu oldu.
Şiban (Şeyban) Şeybanilərin əcdadı idi. Onun nəsilləri
Qərbi Sibirə hökmranlıq edir və Özbək dövlətinin qurucuları oldular (Əbülxeyr
xan və Şeybani xan sülaləsinə baxın).
Tuqa-Timur, Krım xanlığının bir çox hökmdarını əhatə
edən Tuqat-Timurilər kimi tanınan bir qolunu
qurdu.
Qızıl Ordanın üçüncü xanı və Batı xanın qardaşı Bərkə
islamı qəbul etdi və Hülakulər dövləti
ilə münaqişələri və Məmlüklərlə ittifaqı ilə tanınır.
Bərkəçar, Tanqut, Şinkur, Sinqkur, Çintemur və
başqaları ərazi torpaqlarını işğal etdilər, lakin yuxarıda qeyd olunanlar qədər
əhəmiyyətli bir sülalə xətti qoymadılar.
Cucinin ölümündən
(1227) sonra onun mirası oğulları arasında bölündü, lakin Batı xan və
Orda hakimiyyətdə oldular. Cuci ulusunun iki qanadı haqqında davamlı bir fikir
mövcuddur:
Qərb qanadı (Qızıl Orda) Batı xanın nəsilləridir.
Şərq qanadı (Ağ Orda) Ordanın nəsilləridir.
Gələcəkdə bu qollara digər xətlər (Tuqa-Timurilər,
Şeybanilər) qoşuldu və bunların hər biri Rusiya, Qazaxıstan, Orta Asiya və Krım
tarixində rol oynadı.
Mənbələr:
1.Рашид ад-Дин, «Сборник летописей» (Jāmiʿ
al-Tawārīkh)
2.Юань-ши (Китайская хроника династии Юань)
3.Ибн Халдун и мамлюкские хроники
4.П.В. Назаренко, Т.И. Султанов, А.Г. Галкин-
современные исследователи династии Джучи
Yazının mənbəyi:
Nə qədər ki, yeni torpaqların işğalı və imperiyanın
sərhədlərinin genişləndirilməsi davam edirdi, imperiyanın birliyi və Ali
Xaqanın hakimiyyəti hər yerdə tanınırdı. Buna baxmayaraq ulus xanlarının Ali
Xaqandan asılılığı formal xarakter daşıyırdı. Onlar öz ərazilərini müstəqil
idarə edirdilər.
Qızıl Orda Cuci ulusu kimi tanınır. Ümumuyyətlə türk
və monqollar, demək olar ki, hər yerdə və hər çağda eyni xalqlar kimi
tanınmışlar. Halbuki bu həqiqətə müxalif və yanlış bir baxışdır. Türklərin də,
monqollarında çox qədim zamanlardan bəri ayrı-ayrı dünyaları var idi. Hər iki
xalqın yurdları da ayrı, adətləri də
ayrı və arabir siyasi birlik halında üzə çıxmalarına səbəb olan mənafeləri də
ayrı idi. Türkcə “Ortu”sözü, ”Orta” sözünün kökündən əmələ gəlib, monqolcaya da
“Orda” şəklində keçmişdir. Türkcə “qərargah”, ”çadır yeri”, bəzən də “paytaxt”
mənasında işlədilirdi (B.Ögəl. Böyük Hun imperiyası. I kitab. Bakı.1992. səh.126).
Çingiz xanın böyük oğlu Cucinin hekayəsi təkcə böyük bir ailənin dramından ibarət
deyil. Bu, hakimiyyətin qorxu ilə deyil, sözlə təsdiqləndiyi xüsusi siyasi ənənənin
başlanğıcıdır. Cuci o Avrasiya düsturunun banisi oldu, burada dövlətlər müxtəlifliyi
məhv etmədilər, əksinə onu qəbul etdilər, onu Avropa mənasında imperiya deyil,
Orda strukturunda - birgəlikdə rəsmiləşdirdilər.
“Moğolların məxfi tarixi”ndə Cucinin atası (Çingiz xan) deyir: “Sən, Cuci, qərb
ölkələrinə gedəcəksən, xalqları fəth edəcəksən, onlar da bizim xalqımız
olacaq”. Bu fəthin gözləntisidir. Lakin Cuci başqa yol tutdu. Təsadüfi deyil
ki, həmin qaynaqda belə qeyd olunur: “Cuci qasidlər göndərərək dedi: “Qoy gəlsinlər,
biz danışmağa başlayaq”. Bu, vacib bir detaldır: o, davaya deyil, söhbətə
çağırırdı. Bu, qılınc yox, söz siyasəti idi. Qıpçaqların, Qanqlıların və Oğuz nəslinin
məskunlaşdığı çöllərdə Cuci cəzalandırıcı vali kimi deyil, birləşdirici kimi
çıxış edirdi. İnancdan və dildən əl çəkməyi tələb etmir, yad qəbilə kultu
qoymurdı. Onun strategiyası daha incə idi: muxtariyyət müqabilində ali hakimiyyətin
tanınması. Bununla o, çox səviyyəli siyasi sədaqət konsepsiyasını gözləyirdi
ki, bu zaman tabe olanlar Ordanın bir hissəsi ola bilərdi. Böyük Çingiz
xan oğlunun belə mülayimliyini heç də həmişə qəbul etmirdi. “Gizli tarix”in bir
epizodunda o, üsyançıları cəzalandırmağı gecikdirdiyinə görə Cucini məzəmmət
edir, lakin Cuci belə cavab verir: “Mən çalışacağam ki, insanların özləri gəlsinlər”.
Bu zəiflik deyil. Bu, başqa bir qüvvənin - qorxutmanın deyil, cazibə qüvvəsinin
dərk edilməsidir. Beləliklə, daha sonra Qızıl Orda tərəfindən qəbul edilən və
tam zorakılıq olmadan geniş bir əraziyə nəzarət etməyə imkan verən bir ənənə
yarandı. Xalqlar öz inancı ilə, tayfa başçıları öz vəzifələrini saxladı, çöl
müstəmləkəçilik zonasına deyil, daxil olma zonasına çevrildi. Bu, Orda
nizamının düsturu idi: assimilyasiya yolu ilə deyil, razılaşma yolu ilə sülh.
Bu model dayanıqlı olduğunu sübut etdi. Qızıl Ordanın dağılmasından sonra belə,
Moskva knyazları etiketlər, baskaklar və ikili inanc sistemləri sistemini -
eyni Cucid siyasətinin institusional izləri kimi saxladılar. O, təcrübə kimi
ötürüldü və Avrasiya genetik idarəetmə kodunun bir hissəsi oldu: birlik naminə
fərqliliklərin tanınması. Bu gün Avrasiya yenidən özünü itirmədən necə birlikdə
yaşamaq məsələsi ilə üzləşdiyindən, Cuci irsi həmişəkindən daha aktualdır. O, nəhəng
bir fatehin oğlu idi, lakin adı sülhməramlı olaraq qaldı. Bəlkə də məhz bu yol
- sözlə, dialoqla, siyasi alicənablıqdan keçən yol Avrasiya ideyasına güc
qaytarmağa qadirdir (internet resurs: https://bit.ly/4cZ4Mry).
Qızıl Orda dövlətinin ilk xanı Şərqi Avropanı işğal
edən və dövləti yaradan Batı xan (1336-1356) olmuşdur. O, işğalçılıq yürüşlərində
böyük rəhbər idi. Bu dövr elə bir dövr idi ki, yenicə yaranmış uluslar vahid
Monqol imperiyasına sıx bağlı idilər. Çingiz xanın ölümündən sonra Batı xan Ali
Monqol imperiyasının əsas simalarından
biri oldu. O, Ugedey xaqan (1229-1241) və eləcədə 1251-ci ildə Münke xaqanın
(1251-1259) hakimiyyətə gəlməsində əsas rol oynamışdı. Bu dövrdə 2 ailə Cuci və
Toluy ailəsi - o biri 2 ailəyə -Ugedey və Cağatay ailəsinə qarşı birləşdi. Batı
xan bu vəziyyətdən istifadə edərək
Münkenin hakimiyyətə gəlməsinə nail oldu. Özü isə böyük bir ərazinin sahibi
oldu. Batı xan yeni yaranmış dövlətdə Volqaboyunun əhəmiyyətini çox gözəl başa
düşürdü. Məhz bu səbəbdən burada öz dövlətinin paytaxtını Saray şəhərini
saldırdı. ”Cuci ulusunun sərhədlərini müəyyənləşdirmək
çətindir. Şimal-şərqdə Qızıl Ordaya Bulqar və onun ərazisi daxil idi. Şimalda
onun sərhədləri rus knyazlıqları ilə, cənubda Krımla, onun dəniz şəhərləri ilə,
o biri tərəfdən Qafqazda Dərbəndlə, həmçinin şimali Xarəzmlə (Ürgənc şəhəri daxil
olmaqla), qərbdə Dnestr düzləri ilə və ondan sonra, şərqdə isə Qərbi Sibirə qədər,
Sır-Dəryanın aşağı axarına qədər sərhəd uzanırdı”(Греков Б.Д.Якубовский
А.Ю.Золотая Орда и ее падение.М Л.1950. с.61).
“XIII əsr boyu Qızıl Orda Avropa və Asiyanın ən qüdrətli
dövlətlərindən biri idi. XIII əsrin I yarısında monqol işğallarından sonra
yaranmış siyasi vəziyyət, hər iki kontinentdə güclü rəqiblərin olmaması buna şərait
yaradırdı. Qızıl Orda feodalları isə başda xanlar olmaqla işğalçılıq siyasəti
yürüdür, daimi olaraq Rus, Litva, Polşa, Macarıstan, Bolqar və hətta Bizansa
qısamüddətli hərbi yürüşlər edirdilər”(Егоров В.П.Историческая география
Золотой Орды в XIII-XIV вв.М.1985.с.46). Volqaboyunu Cuci ulusunun mərkəzi edən
Batı xan və onun xələfləri Volqaboyunun sağ və sol sahillərinin iqtisadi həyatını
dirçəltmək üçün çox çalışdılar. Batı hər şeydən əvvəl şəhər həyatının dirçəlməsinə
fikir verirdi. Bu isə öz növbəsində xəzinəyə böyük gəlir gətirən ticarətlə
bağlı idi.
Batı xanın hərbi qüvvələri monqolların bütün əsas hərbi
yürüşlərində iştirak edirdi. Sözsüz ki, bu yürüşlərdən əldə olunan hərbi qənimətlərdən
öz paylarını alırdılar. Məhz bu səbəbdən
Cuci ulusu sonralar Azərbaycana öz iddialarını bildirməyə başladılar.
XIII əsrdə bütün 58 il ərzində Qızıl Orda Avropa və
Asiyada güclü dövlət idi ki, onunla heç bir dövlət hərbi münaqişəyə girməyə cürət
etmirdi. Bu dövrdə müharibələrin səbəbkarı Qızıl Orda dövləti özü olurdu. Qızıl
Orda xanları bütün sərhəd boyu öz təcavüzkar hərəkətlərini davam etdirirdilər.
Hər bir münaqişənin hərbi yolla həll edilməsi Qızıl Orda xanlarının xarici
siyasətində əsas yer tuturdu. ”Bu dövrdə hərbi yürüşləri 3 qrupa bölmək olar:
1) Qarətçi xarakter daşıyan yürüşlər;
2) Siyasi təsir və vassal asılılığında saxlamaq
üçün iri və xırda ekspedisiyalar (bu zaman qarət və əsir aparmaq daha açıq
xarakter alırdı);
3) Yeni ərazilər işğal etmək üçün uzun müddətli
aparılan hərbi əməliyyatlar ” (Егоров В.П.Göstərilən əsəri.səh.201). Qızıl Orda
dövləti öz varlığı dövründə kiçik fasilələrlə qonşularından biri ilə daima
müharibələr aparmış və bu müharibələr orta əsrlərdə hərbi əməliyyatların
getdiyi ərazinin böyüklüyünə və insan itkilərinin sayına görə ən böyük müharibələr
olmuşdur. Qızıl Ordanın hakim dairələri üçün müharibələr xarici siyasət münasibətlərində
ən arzuedilən norma idi. Bu konsepsiya dövlət marağının ən başlıca istiqaməti
kimi hələ Çingiz xan dövründə hazırlanmış və monqol əyanlarının maraqlarına
cavab verirdi. Praktiki olaraq bütün ümumdövlət marağı feodalların varlanması
naminə qurban verilirdi.
Hazırladı:
Əsədov Seyyub Əsəd oğlu-Şirvan şəhər T. Bağırov
adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin
(2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı
İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji
Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi,
Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi
(“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).
İlkin mənbələr:
1.https://multiurok.ru/files/cingiz-xanin-boyuk-oglu-cuci-haqqinda.html
2.https://sinxronfenler.blogspot.com/2025/05/cingiz-xann-boyuk-oglu-cuci-haqqnda.html
P.S. Xəritə tərəfimdən hazırlanmışdır.


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)