Çox vaxt keçmiş illərin fotoşəkillərində və köhnə
filmlərdə əsgərləri bükülmüş əsgər paltoları (şineldə) görə bilərsiniz. Əsgərlər
yayda belə onları üzərilərində gəzdirirdilər. Bütün əsgərlərdə belə bir şəkil
yoxdur. Adətən bunlar sıravi əsgərlər və kiçik zabitlər - leytenantlar idi.
Daha yüksək rütbəli zabit və generallara gəlincə, onlarda belə olmayıbdır.
Səbəb nədir?
Əslində əsgərlərin belə davranışında qeyri-adi heç
nə yoxdur. Böyük ölçüdə katalizator əsgərlərin uniforma ilə təmin edilməsi idi.
Əvvəlcə çar ordusunda, sonra isə sovet ordusunda əsgərlər ildə bir dəfə, hətta
bir neçə ildən bir paltarla təmin olunurdular. Burada mövsümilik nəzərə alınmırdı.
Orduda hər bir əşyanın öz istifadə müddəti var.
Yalnız müddəti bitdikdən sonra əsgər yeni forma ala bilərdi. Palto (şinel) bir il deyil, bir neçə il üçün verilirdi.
Palto (şinel) təchizat xidməti tərəfindən verildikdən sonra mövsümdən asılı olmayaraq
sahibinin yanında qalmalı idi. Ölkədə mövsümdənkənar avadanlıqların saxlanması
ilə məşğul olan heç bir xidmət yox idi. Avropa ölkələrinin ordularına gəlincə,
hər şey mövsümə uyğun verilirdi. Ona görə də istidə paltolu (şinelli) əsgərə rast gəlmək mümkün deyildi.
Amma iqlim şəraitinə görə bu avadanlığın hər zaman
və hər yerdə əsgərin yanında olması mənfi deyil, müsbət hal sayıla bilər.
Gündüzlər çöldə isti olsa belə, əsgərin gecə soyuqdan titrəməyəcəyini kimsə
bilmir. Hətta orduda xidmət etmiş insanlar
da bunun universal bir şey olduğunu təsdiqləyirlər. Kəməri açmaq kifayət idi
ki, palto (şinel) həm yorğanı, həm də
döşəyi əvəz etsin. Ən əsası odur ki, insan artıq soyuqdan donmayacaq.
Qaydalara görə, bükülmüş palto (şinel) dəst
çantasına aid və geyilməli idi, lakin çoxları onların metodunun fərqli olduğunu
söyləyəcəkdir - bükülmüş palto (şinel) rulonu
isti vaxtlarda çiyin üzərində saxlanılırdı. Müasir dövrdə əsgər paltolarına
(şinellərinə) çox nadir hallarda rast gəlinir. Bütün formalar xüsusi anbarlarda
saxlanılır və yalnız mövsümə uyğun verilir.
Mənbə: https://bit.ly/4jJ7uDr
Rus dilindən tərcümə:
Əsədov Seyyub Əsəd oğlu-Şirvan şəhər T. Bağırov
adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin
(2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı
İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji
Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi,
Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi
(“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).
İstinad:
https://multiurok.ru/files/sovet-ittifaqinda-sg-rl-r-niy-yayda-da-palto-sinel.html