Məzun olan şagirdlərin təhsil sənədləri ilə təmin olunması üçün bütün zəruri tədbirlər artıq görülüb.
Bu barədə “Azərbaycan müəllimi”nə Məktəbəqədər və
Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, tam orta təhsil haqqında attestatların
XI sinif məzunlarına 14-20 iyun, ümumi orta təhsil haqqında attestatların isə
23-28 iyun tarixləri aralığında təqdim edilməsi planlaşdırılır.
Məzunlar qeyd olunan tarixlərdə təhsil aldıqları məktəblərə
yaxınlaşaraq attestatlarını təhvil ala bilərlər.
Qeyd edək ki, təhsil sənədləri dövlət hesabına verilir
və bununla bağlı heç bir ödəniş tələb edilə bilməz.
Mənbə:

.jpg)
UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)