Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi 18-20, 24 və 25 iyun tarixlərində təşkil olunacaq. Test imtahanı mərhələsinin vaxtı və yeri barədə məlumatlar iştirkçıların şəxsi kabinetlərinə göndərilib.
Müəllimlər portal.edu.az platformasından qeydiyyatdan keçərək,
“Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla test imtahanlarının vaxtı və yeri
barədə məlumatlarla tanış ola bilərlər.
Portal.edu.az
platformasının “Sertifikatlaşdırma” altsistemindən istifadə üçün hazırlanmış təlimat
videosuna keçidə daxil olaraq baxa bilərsiniz: https://youtu.be/lpLKFasQtm4
Qeyd edək
ki, cari ildə təşkil olunacaq sertifikatlaşdırılma prosesində kimya, biologiya,
fizika, coğrafiya, informatika fənlərini tədris edən təhsilverənlər, eyni
zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil
(ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız
dili və s.) müəllimləri iştirak edəcəklər.
Sertifikatlaşdırmada
iştirak edəcək müəllimlərə uğurlar arzulayırıq!
#ElmVəTəhsilNazirliyi
#MÜTDA #ARTİ #İRM #Müəllim #Sertifikatlaşdırma #EduAzİRM
Mənbə:


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)