Sertifikatlaşdırma imtahanının vaxtı açıqlandı


 Müəllimlərin sertifikasiya imtahanı 18-25 iyunda keçiriləcək.

SİNXRON FƏNLƏR Azərbaycan müəllimi”nə istinadən məlumat verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.

“18-25 iyun tarixlərində bu il ilk dəfə sertifikaflaşdırmada biologiya, coğrafiya, informatika fənləri üzrə müəllimlər iştirak edəcək. Eyni zamanda, ötən il birinci cəhddə uğursuz olanlar ikinci cəhd kimi həmin tarixlərdə imtahan verə biləcəklər. İmtahan vaxtı və yeri ilə bağlı əlavə məlumatlar sabah gün sonuna qədər müəllimlərin şəxsi səhifəsinə göndəriləcək",- o bildirib.

Mənbə:

https://muallim.edu.az/news/sertifikatlasdirma-imtahaninin-vaxti-aciqlandi-6823057fb934fdc33ee3f9a3

Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.