Sertifikasiyaya hazırlaşan müəllimlər üçün metodika və pedaqogika mövzuları

Bu il sertifikatlaşdırma prosesinə cəlb olunacaq fənn müəllimlərə test mərhələsində Metodika və Pedaqogika üzrə 10 sual təqdim olunacaq. Onlardan 1-i Hüquqi savadlılıq, 5-i Metodiki səriştəlilik, 4-ü isə Pedaqoji və psixoloji yanaşmalar mövzuları üzrə olacaq.

Sinxron Fənlər “Azərbaycan müəllimi”nə istinadən məlumat verir ki, məzmun sahələri üzrə mövzular aşağıdakılardır:

1. Hüquqi savadlılıq

Təhsil qanunu, 12,13, 17-ci maddələr

Ümumi təhsil haqqında Azərbaycan Respublikasının qanunu, 9, 11, 13, 21, 22, 23, 24, 27, 28-ci maddələr

Fənn kurikulumlarına aid əsas terminlərin təsviri (məzmun xətləri, məzmun standartları, inteqrasiya və s.)

Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları (ümumi təhsilin təşkilinə dair ümumi pedaqoji tələblər, şəxsiyyətyönümlü təhsil, inklüziv təhsil və s.)

“Müəllimlərin etik davranış Qaydaları”

2. Metodiki səriştəlilik

2.1. Təlimdə öyrətmə və öyrənmə prosesinin təşkili

XXI əsr bacarıqları və kompetensiyaları (problem həlletmə, qərarvermə və s.)

Təfəkkürün növləri (məntiqi, tənqidi, yaradıcı, abstrakt, analitik və s. )

Metakoqnitiv bacarıqların formalaşdırılması

Bilik, fəaliyyət və onların növləri haqqında ümumi məlumat. Tapşırıqların hazırlanmasında bilik və fəaliyyət növlərinin tətbiqi

B. Blumun “İdrak taksonomiyası” və təlimdə tətbiqi

Psixomotor və emosional-affektiv taksonomiyalar və təlimdə tətbiqi

İllik və gündəlik planlaşdırma (təlim nəticələri, qiymətləndirmə meyarlarının müəyyənləşdirilməsi və s.)

Şagirdyönümlü (interaktiv) təlimin təşkili: dərsə cəlbolunma (motivasiya), sual-cavab və müzakirələrin təşkili, əməkdaşlıq, refleksiya və s.)

Müəllimin fasilitasiya bacarığı

Təlimin forma və modelləri (birbaşa, layihə əsaslı (PBL), oyunəsaslı, problem əsaslı, araşdırma, sorğu əsaslı, sinxron və asinxron və s.)

Təlim strategiyaları. Texnika və üsullar. (BİBÖ, Klaster, Anlayışın çıxarılması, Beyin həmləsi, Ziqzaq, 3-2-1, Karusel, Sinektika, Debat, İnsert, Simulyasiya və rollu oyunlar, Frayer modeli, Venn diaqramı, Auksion, Qərarlar ağacı, Qar topası, Sinkveyn, Proqnozlaşdırma, Müzakirə üsulları (Müzakirə xəritəsi, Akvarium, Sokrat dialoqu), Əşyaların qeyri-adi istifadəsi, Cisim və hadisələrə müxtəlif nöqteyinəzərdən baxılması, İnsident üzərində iş, Nə olardı əgər? Mən kiməm?, 4N1KH, Qızıl dairə, Blum kubu, Debat, Sinif küncləri, Düşün-çütləş-bölüş)

Şagirdyönümlü (interaktiv) təlimdə iş formaları

İnklüziv təhsil

Təlimdə diferensial yanaşma

Öyrənmə tərzləri

2.2. Qiymətləndirmə (ölçmə və dəyərləndirmə)

Qiymətləndirmənin növləri (məktəbdaxili, milli, beynəlxalq)

Məktəbdaxili qiymətləndirmənin növləri (diaqnostik, formativ, summativ (kiçik, böyük)

Qiymətləndirmə meyarları

Formativ qiymətləndirmənin təşkili. Rubriklərin növləri. Effektiv əks-əlaqə (konstruktiv, yekunlaşdırıcı və s.)

Beynəlxalq qiymətləndirmə (TİMS, PİRSL, PİSA və s.)

3. Pedaqoji və psixoloji yanaşmalar

3.1. Pedaqoji və psixoloji nəzəriyyələr

H. Qardner “Çoxnövlü zəka” nəzəriyyəsi

J. Piaje “Zehni inkişafın mərhələləri” nəzəriyyəsi

L.Vıqotski “Sosial inkişaf ” nəzəriyyəsi. “Yaxın inkişaf zonası” anlayışı

K. Dvek “Düşüncə tərzi” nəzəriyyəsi

L. Kolberq “Mənəvi inkişaf” nəzəriyyəsi

R. Qanye “Öyrənmənin şərtləri” nəzəriyyəsi

D. Qoulman “Emosional zəka” nəzəriyyəsi

K.Yunq “İntrovert və ekstravert şəxsiyyət”

Şəxsiyyətin formalaşdırılması və inkişafı. Şəxsiyyətin formalaşdırılması və inkişafında məktəbin və müəllimlərin rolu

3.2. Sinifdə sağlam psixo-sosial mühitin yaradılması

Sosial-emosional öyrənmə

Təlim prosesində səmərəli öyrənmə mühitinin qurulmasının tələbləri və üstünlükləri. Təhlükəsiz öyrənmə mühiti

Sinfin idarəedilməsi mexanizmləri və strategiyalar (buzqıranlar)

Sinif otağının öyrətmə və öyrənmə mühitində funksiyası

Effektiv müəllim-şagird, müəllim-valideyn münasibətləri

Şagird davranışının idarəolunması

Qısnama (bullinq)

Mənbə: https://bit.ly/3GK40mt

 

Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.