Qaqauzlar arasında Xederlez (Xıdır) nəbi bayramı

Qaqauzlar müqəddəs Georginin şərəfinə bayramın ənənəvi adını - qədim maldarlıq ənənəsinin xüsusiyyətlərini özündə ehtiva edən  “Xederlez”i qoruyub saxlamışlar.

Bu bayram illik dövrün başlanması heyvandarlığın dövriliyi, ilk yaşıllığın yaranması və mal-qaranın yay otlaqlarına aparılması ilə əlaqədar mayın birinci yarısına aid edilir. Bu gün ilk növbədə mal-qara sahibləri ilə çobanlar arasında müxtəlif müqavilələr bağlanar və xitam verilərdi. Müqəddəs Georgi həm də mal-qara və davarların himayədarı sayılırdı. Qaqauzlar arasında “Xederlez” bayramı ilin iki mövsümə tsiklik bölünməsi ideyası ilə əlaqələndirilir (“Xederlez” bayramından “Qasım”a qədər (Müqəddəs Demetri Günü) - yay, “Qasım” bayramından “Xederlez”ə qədər  - qış). Bu bayram Yeni (mal-qara) ilinin başlanğıcı hesab olunduğu üçün xalqın təsərrüfat həyatında mühüm rol oynamışdır. Ümumiyyətlə, qaqauzlar arasında Xederlez bayramı ilə Balkan-Karpat bölgəsi xalqları arasında Müqəddəs Georgi şərəfinə keçirilən bayramın mənası və mərasimləri bir çox cəhətdən oxşardır. Xristianlığın təsiri altında Kiçik Asiyada yerli kultlardan biri ilə əlaqəli, gənc döyüşçünün sitayişinə əsaslanan qədim bütpərəst bayramı Müqəddəs Georgi Gününə təsadüf edirdi.

 “Xederlez” və “Qasım” terminləri ərəb mənşəlidir...? (P.S. Əslində bu terminlər qədim türklərin ənənəvi bayramlarıdır). Qaqauzlar arasında bu terminlərin mənşəyi haqqında birmənalı danışmaq mümkün deyil. Ola bilsin ki, onlar hələ türklər Balkanları fəth etməzdən əvvəl qaqauzların əcdadları tərəfindən istifadə olunublar, bunu qaqauzların əkinçilik rituallarında maldarlıq təqvimindən istifadə etməsi sübut edir. Xristianlıqda Müqəddəs Georgi, İslamda isə Müqəddəs Xıdır/Xızr tərəfindən mənimsənilmiş bütpərəst tanrıya pərəstişlə bağlı ayinlər Cənub-Şərqi Avropanın, Kiçik Asiyanın və Orta Asiyanın bir çox xalqları arasında geniş yayılmışdır. Etimoloji olaraq müsəlman/türk  termini Xederlez “...İlyas peyğəmbərin günü... Xızır İlyasın günü” deməkdir. Xızr mifoloji personajı su mənbələri ilə əlaqələndirilir və bolluq, bəxt bəxş edən, xeyirxah insanların və işçilərin himayədarı kimi çıxış edir.

Xederlez əfsanənin özünündə deyildiyi kimi bu bayram gözəl yaz bayramıdır... Bir vaxtlar cavan, yaraşıqlı bir oğlan yaşayırdı. O, çox çalışqan və bacarıqlı idi. Bu gənc insanların qoyunlarını otarırdı. O, bu heyvanları çox sevir, onlara qulluq edir, onları bəlalardan qoruyur, hər birini gözdən tanıyırdı. Sahiblər qoyunlarını tamamilə gənc çobana etibar edirdilər, çünki o, onlara uşaq kimi baxırdı. Bir gün çobanla sürüsünün başına böyük bir müsibət gəldi. Güclü leysan başladı. Çoban quzuları çaydan keçirərkən birini suya düşürdü... Hava o qədər pis idi ki, hətta səmada ulduzlar belə sönmüşdü... Oğlan uzun müddət çalışdı, cəhdləri boşa çıxdı. Leysan daha da gücləndi… Səhər çobanlar yığışanda bu hadisə hər kəsi narahat etdi. Quzusu batan ev sahibi oğlanı cəzalandırdı. Oğlanı elə döydü ki, gənc nə otura, nə də ayağa qalxa bilirdi... O, güclə sağ qaldı... Gənc çobanı ölümdən gözləri ulduz kimi parıldayan cavan, qamətli bir gözəl qız xilas etdi. Qız hər gecə çobanın yanına gəlib onun yaralarını sağaldırdı, amma səhər onu tək qoyub gedirdi. Bir müddət sonra oğlan sağaldı və ürəyində böyük bir sevgi qüvvəsi hiss etdi. O, sevimli xilaskarı ilə evlənmək istəyirdi, lakin qız ondan bir az gözləməsini xahiş etdi. Oğlan gənc və səbirsiz idi... Bir gecə onun arxasınca getdi. Gördüyü isə bu oldu: Qız çay kənarına getdi, tam quzunun batdığı yerdə suya girdi və dalğaların arasında yoxa çıxdı... Növbəti gecə hər şey yenidən təkrar olundu. Üçüncü gecə qız suya girmək istəyəndə oğlan onu arxadan tutdu və dalğaların altında gizlənməsinə imkan vermədi. Qız uzun müddət atılıb-düşdü, özünü azad etməyə çalışdı, yalvardı... amma çoban ona qulaq asmadı. Gənc çobanın xilaskarı oğlana onların taleyinə müqavimət göstərdiyini söylədi. Cəmi bir gün qalmışdı və çayın sehri bitəcəkdi... Sən məni axırıncı dəfə çaya buraxmadın, indi çay qisas alacaq. Göydə ilk ulduz görünəndə qız quzuya çevrilərək çayda gözdən itdi. Bu, noyabrın 8-nə keçən gecə (Qasım bayramında) baş verib.

Mənbə: https://www.facebook.com/groups/1203633093138075/user/100001490340528/

Foto: https://www.facebook.com/photo?fbid=10054867474572831&set=gm.3098270787007620&idorvanity=1203633093138075

Rus dilindən tərcümə:

Əsədov Seyyub Əsəd oğlu-Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).

İstinad:

https://multiurok.ru/files/qaqauzlar-arasinda-xederlez-xidir-n-bi-bayrami.html

 

Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.