“Məktəbdə...” layihəsinin növbəti görüşü mayın
26-da paytaxtdakı 189-190 nömrəli tam orta məktəbdə keçiriləcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən
reallaşdırılan layihənin budəfəki qonağı Milli Məclisin Elm və təhsil komitəsinin
sədri, tarix elmləri doktoru, professor Anar İsgəndərov olacaq.
Görüşdə məktəb və müəllimin insan həyatındakı rolu,
mənəvi-əxlaqi dəyərlərə hörmət, təhsil islahatlarının cəmiyyətin inkişafına təsirləri,
müəllim-şagird münasibətləri, asudə vaxtın düzgün təşkil olunması və digər
maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən
suallara aydınlıq gətiriləcək.
Layihənin informasiya dəstəyi “Kaspi” qəzeti və
Kaspi.az saytıdır.
Mənbə:https://baku.edu.gov.az/az/page/9/7742


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)